RU

“Mançester Yunayted”də Onananın gedişinə görə RAHATLIQ

“Mançester Yunayted”in futbolçuları qapıçı Andre Onananın “Trabzonspor”a icarəyə verilməsindən məmnundurlar.

Bizim.Media xəbər verir ki, bu barədə Manchester Evening News məlumat yayıb.

Oyunçular kamerunlu futbolçu komandada qalsaydı, problem yaranacağını düşünürdülər. Çünki yay transfer pəncərəsinin son günündə yeni oyunçu Senne Lammens də heyətə cəlb olunmuşdu və İngiltərə klubu birdən-birə dörd qapıçı ilə qalacaqdılar.

Qeyd edək ki, Onana 2023-cü ilin yayında “İnter”dən “Mançester Yunayted”ə keçib. O, bu müddətdə 102 oyunda meydana çıxıb, 24 dəfə qapısını toxunulmaz saxlayıb. Bu qarşılaşmalarda kamerunlu ümumilikdə 150 qol buraxıb.

Bizim.Media

Избранный
13
2
bizim.media

3Источники