RU

Klub prezidentindən səmimi Mourinyo etirafı: O ailəmin bir parçası idi

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin "Fənərbaxça" klubunun prezidenti Ali Koç Joze Mourinyo ilə yolları ayırmağın çətin bir qərar olduğunu etiraf edib.

İdman.biz bildirir ki, "Fənərbaxça" UEFA Çempionlar Liqasının təsniat oyunlarında "Benfika"ya məğlub olduqdan sonra portuqaliyalı mütəxəssis ilə vidalaşıb.

"Mourinyo ilə yolları ayıranda çox çətinlik çəkdim. Söhbət maliyyə məsələlərindən, onu kimin əvəz edəcəyindən getmirdi. O, ailəmin bir parçası idi, bir məşqçidən daha artıq idi. Bizim münasibətlərimiz sadəcə futboldan ibarət deyildi. Ailəvi münasibətlərimiz var idi", - Koç bildirib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
icma.az

2Источники