ABŞ Prezidenti Donald Tramp sentyabrın 12-də Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Ağ Evin sözçüsü görüşdə müzakirə olunan məsələləri açıqlamayıb.
Amerika liderinin mətbuat xidmətinin məlumatında bildirilib ki, “Ağ Ev Prezident Trampın planlaşdırıldığı kimi Qətərin baş naziri ilə nahar etdiyini təsdiqləyib”. Digər təfərrüatlar açıqlanmayıb.
Bundan əvvəl Vaşinqton administrasiyası Trampın və onun sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkofun sentyabrın 12-də Qətərin baş naziri ilə görüş keçirəcəyini elan etmişdi.