RU

Suşila Karki Nepalın ilk qadın Baş naziri oldu -VİDEO

Nepalın sabiq Ali Məhkəmə sədri Suşila Karki ölkədə baş verən kütləvi etirazlar fonunda əvvəlki baş nazir Şarma Olinin istefasından sonra müvəqqəti hökumətin rəhbəri kimi and içib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, andiçmə mərasimi Katmandudakı Prezident sarayında baş tutub və o, Nepal tarixində hökumətə rəhbərlik edən ilk qadın olub.

 

Suşila Karki 2016-2017-ci illərdə Nepal Ali Məhkəməsinin sədri olub və bu vəzifəni tutan ilk qadın kimi tarixə düşüb. O, məhkəmə sistemində korrupsiyaya qarşı mübarizə təşəbbüslərinin qətiyyətli tərəfdarı kimi tanınır.

Избранный
23
1
senzor.az

2Источники