sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Misli Premyer liqasında IV turun oyunları davam edir. Sport24.az xəbər verir ki, ikinci oyun günündə daha 2 qarşılaşma baş tutacaq.
"İmişli" Qubada "Sumqayıt"ı qəbul edəcək. Elitanın debütantı geridə qalan 3 turda heç də pis təsir bağışlamayıb. Çoxları "pələnglər"i autsayder gözündə görsə də, bölgə təmsilçisi əzmkar və intizamlı oyunu ilə çoxlarını təəccübləndirməyi bacarıb. "Sumqayıt" isə liderlər qrupunda yer alıb. "Kimyaçılar" bu gün qalib gələcəyi təqdirdə dünən "Kəpəz"i məğlub edən "Araz-Naxçıvan"la xallarını bərabərləşdirəcək və zirvəni bölüşəcək.
Qeyd edək ki, dünən baş tutan iki görüşdə "Araz-Naxçıvan" "Kəpəz"i (2:0) məyus edib. "Qarabağ" isə "Zirə" ilə (1:1) "sülh" bağlayıb.
Misli Premyer Liqası
I dövrə, IV tur
16:30. "İmişli" - "Sumqayıt"
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy RəhimovVAR: Elçin MəsiyevAVAR: Pərvin TalıbovHakim-inspektor: İmanxan SultaniAFFA nümayəndəsi: Azər ƏsgərovQuba. OİK stadionu.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.