RU

Aİ rusiyalılar üçün vizaların verilməsini sərtləşdirəcək

BAKI, 13 sentyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiya vətəndaşlarına vizaların verilməsi qaydalarını sərtləşdirməyə hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Bildirilir ki, Avropa Komissiyası ilin sonuna qədər üzv ölkələr üçün yeni təlimatlar açıqlayacaq.

Yeni sənədlərdə rusiyalılara vizaların verilməsinə dair daha sərt tövsiyələr yer alacaq. Lakin vizaların verilməsi üzv dövlətlərin səlahiyyətində olduğu üçün Aİ ümumi qadağa tətbiq edə bilmir. Bu səbəbdən də vizalarla bağlı siyasət ölkədən ölkəyə fərqlənir.

Qeyd edilir ki, xüsusilə Şərqi Avropa ölkələri uzun müddətdir bu məhdudiyyətlərin tətbiqini tələb edirdilər.

Избранный
25
1
teleqraf.com

2Источники