RU

Yazı gözəl insan, peşəkar təhlükəsizlik əməkdaşı Quliyev Rzaqulu Hüseyn oğlunun 110 illik yubileyinə həsr olunur

Bakı. Trend:

Rzaqulu Hüseyn oğlu Quliyev 1915-ci ilin sentyabr ayının birinciyarısında Zəngəzur mahalında anadan olub.

1918-1919-cu illərdə erməni daşnaklarının Zəngəzurdakıazərbaycanlılara qarşı törətdiyi vəhşiliklər nəticəsində HüseynQuliyevin (Rzaqulunun atası) qaçqın vəziyyətinə düşür. Bu mənasızvə amansız müharibədə azyaşlı Humay və qardaşı Rzaqulu itgindüşürlər.

Onların axtarışı uzunmüddətli olmur. Yaxın qohumlarınındəqiqliyi və səyləri nəticəsində uğurla nəticələnir. Humay, Rzaquluvə daha iki bacısı tapılır və Naxçıvana gətirilir. Orada onlarınbibisi İzzət xanım Həyat yoldaşı Əlirza Əliyevlə tapılan uşaqlarıhimayəyə götürürlər. Əliyevlər ailəsində uşaqlar üçün hər cürşərait və rahatlıq yaradılır. Hüseynin övladları yetkinlik yaşınaçatana qədər mehribanlıq və qarşılıqlı dostluq hökm sürən həminailədə boya-başa çatırlar. Rzaqulu bu ailədə tam orta Azərbaycanməktəbinə daxil olur, oranı müvəffəqiyyətlə bitirib atestata layiqgörülür.

1940-1944-cü ilə qədər Rzaqulu Quliyev iki istiqamətdə - Hərbikomissarlıqda və Naxçıvan SSRİ Prokrorluğunda çalışmışdır.

1944-cü ildən etibarən Rzaqulu Quliyev Naxçıvanda təhlükəsizlikorqanlarında fəaliyyətə başlayır.

Sonrakı illərdə onun operativ fəaliyyəti Azərbaycanın bir neçərayonunda rəhbər vəzifələrdə davam edir.

70-ci illərdə artıq onu Naxçıvan vilayətinin DövlətTəhlükəsizlik Komitəsi nümayəndəliyindən Dövlət TəhlükəsizlikKomitəsinin Mərkəzi aparatının Nərimanov rayon şöbəsinə rəis təyinedirlər.

Rzaqulu Quliyev 1979-cu ildə xidməti fəaliyyətini başa vurur.Təhlükəsizlik orqanlarında 35 ildən artıq vicdanla və fədakarlıqlaxidmət göstərdikdən sonra təqaüdə çıxır.

Enerjisi tükənməyən Rzaqulu Quliyev təqaüdə çıxandan sonra daəmək fəaliyətini davam etdirmişdir. 1979-cu ildən o, “İnturist”Ümumittifaq Səhmdar Cəmiyyətinin Bakı şöbəsinin rəhbəri təyinolunur.

Bu, ömrünü Vətəninə, Azərbaycan xalqına və dövlətinə həsr etmişfədakar insanla mən cənub zonasında Əlibayramhda (indiki Şirvanşəhəri) iclasda tanış olmuşam.

1964-cü ilin sonlarında SSRİ siyasi rəhbərliyində dəyişikliklərbaş verdi. Nikita Sergeyeviç Xruşşovun əvəzinə Leonid İliç Brejnevbirinci katib seçildi. Bu dəyişiklik DTK rəhbərliyinə də təsiretdi. SSRİ DTK-nin sədri vəzifəsinə təcrübəli diplomat YuriVladimiroviç Andropov təyin olundu. Onun gəlişi ilə bütün DTKorqanlarında ciddi dəyişikliklər barədə Əmr verildi və bütünəməliyyat heyətinin məlumatlandırılması göstərişi verildi.

Bu Əmr SSRİ DTK orqanlarının fəaliyyətindəki və tərkibhissəsindəki dəyişiklikləri əhatə edirdi.

Bu Əmr SSRİ-nin digər respublikalarında olduğu kimi, AzərbaycanRespublikasına da yalnız bir nüsxədə göndərildi. Və çoxaldılabilməzdi.

Əməkdaşların Əmrlə tanışlığı Mərkəzi Aparatdan başladı və buraSumqayıt şəhər bölməsi də əlavə olundu.

Respublikanın bütün rayonları iki zonaya bölünürdü: “Şimal”-iclasın keçirildiyi şəhər Kiravabad (indiki Gəncə) və “Cənub”iclasın keçirildiyi yer Əlibayramh (indiki Şirvan).

Zonalarda iclaslar növbə ilə keçirilirdi.

Bu dövrdə mən artıq iki il idi ki, Kəşfiyyat şöbəsinin boəməliyyat müvəkkili vəzifəsində çalışırdım.

Şöbə rəisi polkovnik Hüseynov İlhüseyn Pirhüseyn oğlu məniçağırdı və göstəriş verdi ki, sabah səhər saat 9-da DTK-ninbinasının girişində işgüzar səfər üçün hazır olum. Onunla birlikdəZona iclasında iştirak etmək üçün Əlibayramh (Şirvan) şəhərinə ikigünlük işgüzar səfərə gedəcəyik. Amma səhər səfərdən əvvəl mən DTK-nin “Katiblik” şöbəsindən öz imzamla DTK sədrinin Əmrini götürməliidim. Bakıya qayıdana qədər Əmrin təhlükəsizliyinə mən başımlacavabdeh olmalıyam.

Səhəri gün səfərə tam hazır vəziyyətdə idim.

Günorta artıq hədəfə çatmışdıq. Şəhər şöbəsinin girişində biziaparat üzrə növbətçi qarşıladı və şöbə rəisinin otağına qədərmüşayiət etdi. İçəri daxil olanda rəis stolun arxasından qalxıbbizimlə görüşdü. Rəis polkovnik Rzaqulu Hüseyn oğlu Quliyevidi.

İki rəhbərin görüşü (biri-əks kəşfiyyat, digəri kəşfiyyatbölmələrinin) onlar üçün gözlənilməz, lakin çox sevindirici oldu.Onların hər ikisinin qətiyyətli, kişi kimi möhkəm xarakterləri,dəmir iradəsi bir-birini tamamlayırdı. Və bütün bunlar etibarlıkişi dostluğunun bariz nümunəsi idi. Həm Rzaqulu, həm də İlhüseyntəhlükəsizlik orqanlarına demək olar ki, eyni vaxtda qəbulolunmuşdular. Lakin Azərbaycanın təmamilə əks regionlarına. Amma buhadisə XX əsrin 40-cı illərinin birinci yarısında baş vermişdi.Onların birgə fəaliyyəti həm, Naxçıvanda həm də, Bakıda tezlikləmöhkəm dostluğun yaranmasına səbəb oldu. İlhüseyn Bakıda MərkəziAparatda əks- kəşfiyyat və uzun müddət kəşfiyyat, Rzaqulunun isəardıcıl olaraq Respublikanın təhlükəsizlik orqanlarının bir çoxrayon şöbələrinin rəhbəri vəzifəsində xidmətləri onlar arasındakısəmimi həsrətin ortaya çıxmasının real əsası olmuşdur.

Rzaqulu Hüseyn oğlu bizi iclas stolu arxasında əyləşdirdi vəorada başlayan söhbət hər ikisinin xidməti fəaliyyəti dövründə olanəməliyyat tədbirləri haqqında idi. Mən onların arasında oturub,susur və onların maraqlı söhbətini diqqətlə dinləyirdim. İkisaatdan çox davam edən söhbət Rzaqulu Hüseyn oğlunun təklifi ilədayandırıldı və o, bizi nahara dəvət etdi. Lakin ənənəvi olaraq,restorana deyil, öz mənzilinə. Həmçinin qeyd etdi ki, ev şəraitionlar arasında tam məxfi keçirilmiş əməliyyat tədbirləri haqqındaolan söhbətin davamı üçün əlverişlidir.

Mənzildə bizi onun həyat yoldaşı Zərri xanım qarşıladı. O, mənədərin və xoş təəssürat yaratdı. Bu xanım nəzakətin, mehribanlığın,yaxşılığın, diqqətin və mədəniyyətin təcəssümü idi.

Axşam Rzaqulu Hüseyn oğlu bizi gecələmək üçün qonaq evinə yolasaldı.

Səhər saat 10:30 da biz DTK-nin Əlibayramlı rayon şöbəsinin aktzalında toplanmışdıq.

Rzaqulu Hüseyn oğlu iclasın başlanmağına az qalmış iş üçün lazımolan bütün zəruri sualları hazırladı. Qeyd etmək istərdim ki,Əlibayramlı rayonunda Səlyan, Neftçala, Yardımlı, Lerik, Lənkəranvə Astara kimi ətraf rayon şöbələrinin əməkdaşları bir arayagəlmişdi. 40-dan artıq əməkdaş toplanmışdı.

SSRİ DTK-si sədrinin əmri ilə iclasa toplanan əməkdaşlarıAzərbaycan DTK-nin Kollegiya üzvü, 1-ci şöbənin (kəşfiyyat) rəisi,polkovnik Hüseynov İlhüseyn tanış etdi.

Müzakirələrdə bütün rayon şöbələrinin rəisləri çıxış etdi.

Çıxış edənlərin hamısı eyni fikirdə idilər. Andropov tərəfindənnəzərdə tutulmuş DTK əməkdaşlarının həyatındakı növbətidəyişikliklər Azərbaycan SSRİ DTK əməkdaşlarını ruhlandırırdı. Bununəzərə alaraq, Əmr yüksək və müsbət qiymətləndirilməyə layiqidi.

Günün ikinci yarısında iştirakçılar üçün nahar təşkilolundu.

İclas

Səhəri gün bütün iştirakçılarla vidalaşırdıq. Sonda RzaquluHüseyn oğlu ilə biz vidalaşdıq. İki köhnə dostun vidalaşmasıictimaiyyət qarşısında olmasına baxmayaraq, uzun çəkdi. Uzun müddətəllərini bir-birindən ayırmadılar. Nəhayət vida anı çatandabir-birinə möhkəm sarılıb ayrıldılar.

Ən axırda Rzaqulu Hüseyn oğlu mənimlə sağollaşdı. Əlimi sıxaraqdedi: - Mən sənin gözlərində gələcəkdə əməliyyat müvəkkili olaraquğurlarını görürəm. Onların parlaqlığı sənin gələcəkdə peşəkartəhlükəsizlik işçisi olduğunu təsdiq edir.

Mənim gələcək əməliyyat fəaliyyətimi yüksək və ədalətliqiymətləndirdiyinə görə mən bütün əməliyyat həyatımı ona borcluyam.Heç bir şübhə yoxdur ki, o, uzaqgörən idi!!!

Qısa müddətdən sonra Rzaqulu Hüseyn oğlu Quliyev Əlibayramlırayonundan Bakıya Mərkəzi Aparata Nərimanov rayon şöbəsinin rəisivəzifəsinə təyin olunur. Bu çox yüksək və məsuliyyətli vəzifə idi,belə ki, Nərimanov rayonu ərazisinə görə ən böyük rayondur. Burayonda sənaye müəssisələrinin 50%-i yerləşir: ’’Azərelektroterm”,leytenant Şmidt adma Maşınqayırma zavodu, Bakı məişətkondisionerləri zavodu, Lampa zavodu, Metropoliten depo və bir sıradigər sənaye müəssisələri.

Bütün parametrlərinə görə Rzaqulu Hüseyn oğlunun namizədliyi ənuğurlu və uyğun idi. Və yalnız o, qısa müddət ərzində DTK-ninəməliyyat qüvvələrini və imkanlarını düzgün şəkildə yerləşdirməyibacardı.

Bütün sənaye müəssisələrinin mənbələri vaxtı-vaxtında dəyərliəməliyyat məlumatlarını rayon şöbəsinin əməliyyat heyətinəçatdırırdılar.

Bundan əlavə Rzaqulu Hüseyn oğlu müəssisələrdə tez-tez yaranançətin fövqəladə hadisələrdə öz xidməti otağında hadisələrinmahiyyətinin təhlilində fəal iştirak edən DTK-nin təcrübəliəməkdaşları ilə təcili iclaslar keçirirdi. Qrup, təhlillərinnəticələrinə əsasən tövsiyyə və təkliflərini verirdi. Buəməkdaşlara aiddir: Banserev Vladimir, Abbasquliyev Azər, TağıyevZülfüqar, Əfəndiyev Zaur və mən - Süleymanov Şamil.

Rzaqulu Hüseyn oğlu Quliyev haqqında xatirələri qısa kəlimə iləyekunlaşdırmaq istəyirəm:

Bu şəxsiyyət həyata keçirdiyi əməliyyat işlərinə tam bağlılığıilə səciyyələnirdi. Fikirləri daim qarşısında duran operativ vəzifəilə bağlı idi.

Allah Ona rəhmət eləsin!

Bu gün Rzaqulu Hüseyn oğlunun ölməz xatirəsi daimyaddaşlardadır. Rzaqulu Quliyevin davamçıları olan oğlu Hüseyn vəqızı Zərifə onun adını daim yaşadırlar.

Oğlu - Hüseyn Rzaqulu oğlu Quliyev Naxçıvanda tam orta məktəbirus dilində bitirib, sonra isə Azərbaycan Dövlət Neft və Kimyainstitutunun mühəndislik fakültəsini bitirib. Təhlükəsizlikorqanlarında çalışıb. Əvvəlcə DTK-nin 1-ci Baş İdarəsinin(Kəşfiyyat) əməkdaşı olub. İki dəfə xarici ezamiyyətdə olub:

Kiprdə SSRİ səfirliyinin birinci katibi.
Türkiyədə SSRİ səfirliyinin birinci katibi.

Xidmətini Moskvada xarici kəşfiyyatın əməkdaşı kimi sonlandırır.Bakıya qayıtdıqdan sonra Azərbaycan Xarici İşlər Nazirliyininəməkdaşı, son illərdə isə Azərbaycanın Özbəkistandakı səfiriolub.

Mərhum atasının layiqli varisi!

Qızı - Zərifə Rzaqulu qızı Quliyeva. Nəriman Nərimanov admaAzərbaycan Tibb Universitetini bitirib. İşləyib: 5 nömrəliklinikada, Nizami rayon Tibbi-sanitariya bölməsinin baş həkimi.

Mərhum atasının layiqli qızı!

Xatirələri ilə bölüşdü:

33 il DTK-də xidmət etmiş istefada olan polkovnik;
SSRİ DTK-nin fəxri əməkdaşı;
Milli Təhlükəsizlik Nazirliyin fəxri Əməkdaşı
“Alyans” Azərbaycan Xüsusi Xidmət Orqanlarının Vetiranlarınınİctimai Birliyinin fəxri sədri.
Azərbaycan Xarici Kəşfiyyat Xidmətinin fəxri əməkdaşı

sentyabr 2025-ci il Ş.K.Süleymanov

Yazı
Избранный
51
3
az.trend.az

4Источники