RU

Türkiyədə daha bir bələdiyyə sədri TUTULDU

İstanbulda Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bələdiyyələrə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əməliyyat davam edir.

Modern.az xəbər verir ki, bu dəfə Bayrampaşa bələdiyyəsində əməliyyat keçirilib.

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan araşdırma çərçivəsində Bayrampaşa bələdiyyəsinin sədri Hasan Mutlu da daxil olmaqla ümumilikdə 48 şübhəli saxlanılıb.

Baş Prokurorluğun açıqlamasına görə, istintaq “rüşvət alma, rüşvət vermə və tender saxtakarlığı kimi ağır ittihamlar üzrə aparılır.

Sənədlər və ifadələr əsasında bələdiyyə məmurlarının və bəzi şəxslərin qanunsuz fəaliyyətləri təsbit edilib. Bunun əsasında prokurorluq şübhəlilərin eyni vaxtda yaxalanması barədə göstəriş verib.

Əməliyyat çərçivəsində 72 ev və iş yerində axtarış aparılıb. 

Избранный
12
14
modern.az

10Источники