2024-cü ildə vəbadan ölüm 2023-cü illə müqayisədə 50% artaraq 6 mini keçib.Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında deyilir.Vurğulanıb ki, 2024-cü ildə 2023-cü illə müqayisədə qeydə alınan vəba hadisələrinin sayı 5%, ölənlərin sayı isə 50% artıb.Qeyd olunub ki, ötən il həm qarşısının alınması, həm də müalicəsi mümkün olan xəstəlikdən 6 mindən çox insan dünyasını dəyişib.Təşkilatın məlumatına görə, 2024-cü ildə xəstəlik halları 60 ölkədə, bir il əvvəl isə yalnız 45 ölkədə qeydə alınıb. ÜST əlavə edib ki, bütün halların 98%-i Afrika, Yaxın Şərq və Asiya ölkələrində baş verib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта