Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı mövqeyini sərtləşdirməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bu barədə “Politico” Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.
Məlumata görə, ilin sonuna qədər Aİ bloka daxil olan ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı daha sərt tövsiyələri özündə əks etdirən yeni reqlamentlər dərc edəcək.