Kamçatkada 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, 46,8 km dərinlikdə baş verib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilib. Cənubi Saxalin seysmoloji stansiyasının rəisi Yelena Semenova RİA Novosti-yə bildirib ki, təhlükə əsasən Şimali Kuril adaları rayonuna aid edilir.
Bundan başqa, ABŞ-nin Okeanlar və Atmosfer araşdırmaları Milli Mərkəzi də sözügedən zəlzələdən sonra mümkün sunami təhlükəsi haqda xəbərdarlıq edib.