RU

Estetik əməliyyatlar uşağın genlərinə təsir edirmi? – Mütəxəssislər nə deyir?

Son illər bir çox insan görünüşünü dəyişdirmək üçün estetik əməliyyatlardan istifadə edir. Bəs bu dəyişikliklər gələcək nəsillərə – yəni uşaqlara – ötürülürmü?

 Bu sual bir çoxlarını maraqlandırır: Estetik əməliyyat etdirən anaların övladları əməliyyatdan sonrakı görünüşü miras alır, yoxsa əməliyyatsız halı?

 Cavab: Genləri əməliyyat dəyişmir

Bakuinfo xəbər verir ki,  Elm adamlarının cavabı aydındır: Estetik əməliyyatlar genetik məlumatı dəyişmir.Çünki əməliyyatlar bədənin yalnız xarici görünüşünə təsir edir — dəridə, sümükdə və ya əzələdə dəyişiklik edilir. Amma uşaqlara ötürülən genetik məlumat (DNA) ananın və atanın yumurta və sperm hüceyrələrində yerləşir. Bu hüceyrələrə isə estetik əməliyyat toxunmur.

Amerika və Skandinaviya ölkələrində aparılan tədqiqatlar da bunu təsdiqləyir.Məsələn, 1998-ci ildə Skandinaviya ölkələrində keçirilən bir araşdırmada sinə estetikası (implant) olan qadınların doğduqları uşaqlarda hər hansısa genetik xəstəlik və ya formadan sapma riski artmamış göstərilib. (Mənbə: Winther JF, Olsen JH və başqaları. Health Outcomes in Offspring of Mothers With Breast Implants. Pediatrics, 1998.)

 Uşaq ananın təbii halını miras alır

Yəni bir qadın burun, çənə, bədən forması kimi sahələrdə estetik əməliyyat etdirmiş olsa belə, uşağı onun təbii, əməliyyatdan əvvəlki genetik formasına daha çox oxşayacaq.

Bu, o deməkdir ki: Əgər bir qadın burun əməliyyatı etdirib burnunu incəltdirsə, uşaq doğulduqda ana əməliyyatdan əvvəl necə idisə, o genetik xüsusiyyətlərə uyğun burun formasına sahib ola bilər.

Избранный
22
bakuinfo.net

1Источники