RU

Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç


Serbiyadakı etirazları bir neçə ölkənin kəşfiyyat xidmətləri maliyyələşdirir.

Musavat.com xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç "TV İnformer"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu proses üçün 4 milyard dollar sərf olunub: "Dövlətin dağılmasına 4 milyard dollar xərclənib. Rəngli inqilabların əsas təşkilatçısı kənardan gəlir. Bunlar müxtəlif kəşfiyyat xidmətlərinin əməkdaşlarıdır, bunu bir neçə ölkədən edirlər".

Vuçiç susmağa məcbur olduğunu bildirib. İddia edib ki, danışsa, etirazların mümkün sifarişçilərinə münasibətdə Serbiyanın neytrallığını pozmuş olacaq: “Bu ölkələr bilirlər ki, biz onların nə etdiklərini bilirik”.


Избранный
14
2
nuh.az

3Источники