RU

“Mədəni” cəbhə: Rusiyanın yaxın xaricdə “yumşaq güc” fiaskosu

Bakı. Trend:

Vladimir Putin qəfil olaraq Prezident Administrasiyasının xariciölkələrlə mədəni və regionlararası əlaqələr üzrə idarəsini ləğvetdi. 2005-ci ildən bəri fəaliyyət göstərən bu struktur Moskvanınqonşu dövlətlərdə maraqlarını möhkəmləndirmək üçün yaradılmışdı.Onun əvəzinə yeni bir qurum - Strateji tərəfdaşlıq və əməkdaşlıqidarəsi təsis olunur. Rəsmi izahda “prezident administrasiyasınınişinin optimallaşdırılması” deyilsə də, pərdə arxasında əslindəKremlin “yumşaq güc” siyasətinin iflası etiraf olunur. İki onilliyəyaxın Moskva mədəni layihələr, siyasi havadarların dəstəklənməsi vəiri maliyyə paketləri ilə təsirini gücləndirməyə çalışdı, ammanəticə əksinə oldu: təsir azaldı, etimad isə sıfıra enməyə başladı.Sual budur: bu ambisiyalı layihə niyə qalmaqallarla, sızmalarla vəsaxta aktivlik görüntüsü ilə başa çatdı və “yaxın xaricdə” Rusiyanıbundan sonra nə gözləyir?

“Rəngli inqilab” qorxusundan xüsusi idarəyə

Xüsusi Kremllin orqanının yaradılması ideyası 2000-ci illərinortasında postsovet məkanında dalğa-dalğa yayılan “rəngliinqilablar”ın doğurduğu panika fonunda ortaya çıxdı. 2003-dəGürcüstanda Qızılgül inqilabı, 2004 sonunda isə Ukraynada Narıncıinqilab Moskva üçün siqnal idi: xalq etirazları nəticəsindəQərbpərəst liderlər hakimiyyətə gəlirdi. Kreml bu tendensiyanı özsərhədlərinə qədər çata biləcək təhlükə kimi gördü. Putiningöstərişi ilə 2005-ci ilin yazında Prezident AdministrasiyasındaXarici ölkələrlə mədəni və regionlararası əlaqələr idarəsiyaradıldı. Səssiz missiya isə aydın idi: yeni “məxməriinqilabların” qarşısını almaq, MDB respublikalarında Moskvayasədaqətli siyasətçilərin önə çəkilməsini təmin etmək. İdarəninməsuliyyət zonası faktiki olaraq bütün keçmiş SSRİ-ni əhatə edirdi- Ukrayna, Moldova, Gürcüstandan tutmuş Mərkəzi Asiya və Baltikölkələrinə, həmçinin qismən tanınmış Abxaziya və Cənubi Osetiyayaqədər.

Bu qurum “yumşaq güc” aləti kimi düşünülmüşdü: humanitarlayihələr, elita ilə əlaqələr, Rusiyameyilli partiya vətəşkilatların dəstəklənməsi. Amma işin başlanğıcından “yumşaq”planlar kobud reallığa toqquşdu. İlk rəhbər postuna təyin olunanModest Kolerov dövlətçi mövqeyi ilə tanınırdı və postsovetməkanının Moskvanın bayrağı altında inteqrasiyasını açıq şəkildəmüdafiə edirdi. Onun kobud üslubu və sərt bəyanatları qonşupaytaxtlarda ciddi qıcıq doğurdu. Cəmi iki ildən sonra, 2007-dəKolerov sakitcə istefaya göndərildi - səbəb kimi “həddindən artıqradikalizm” göstərildi. Kremlin nəticə çıxardığı aydın idi: açıqtəzyiq qonşuları itələyir, daha incə, gizli alətlər lazımdır.Beləcə, məsələ peşəkar kəşfiyyatçılara həvalə olundu.

Xüsusi xidmətlər “diplomatiya”nı ələ alır

Kolerovdan sonra idarənin rəhbərliyi ardıcıl olaraq xüsusixidmət orqanlarından çıxmış adamlara tapşırıldı. 2007-də vəzifəyəXarici Kəşfiyyat Xidmətinin (XKK) zabiti Nikolay Tsvetkovgətirildi. 1990-cı illərdə “Komsomolskaya pravda”nın Yaponiyadakımüxbiri kimi işləyən Tsvetkov əslində kəşfiyyat missiyalarını icraedirdi. Amma o da çox qalmadı, təxminən iki ildən sonra yeriniSergey Vinokurova verdi. Vinokurov XKK polkovniki idi və “problemlisahələrin” kuratoru kimi tanınırdı - onun öhdəsinə tanınmamış“respublikalar” və Moskvanın açıq təsir zonaları verilmişdi.

Lakin məhz 2011–2012-ci illərdə bu istiqamətlərdə Kreml üçünaçıq-aşkar fiaskolar yaşandı. Cənubi Osetiyada prezidentseçkilərində Moskvanın dəstəklədiyi namizəd uduzdu, xalq isəgözlənilmədən müxalifətçi Alla Dzioevaya səs verdi. Seçkilərinnəticələri məhkəmə tərəfindən ləğv olundu, küçələrə etirazçılarçıxdı. Eyni vaxtda Dnestryanı bölgədə də Rusiya emissarlarının açıqlobbi etdiyi namizəd məğlub oldu, qalib isə Moskvanın gözləmədiyiYevgeni Şevçuk idi. Bu iki məğlubiyyət Kreml üçün ciddi imiczərbəsi idi. “Kommersant”ın yazdığına görə, məhz bu səbəbdənVinokurov təcili şəkildə vəzifədən alındı və XKK-ya geri göndərildi- artıq faktiki “fəxri təqaüd”ə.

2012-ci ildən etibarən kurs daha da sərtləşdi: idarənin başınaXKK general-mayoru Vladimir Çernov gətirildi. Onun zəngin casusbioqrafiyası və yüksək dairələrlə əlaqələri vardı. Çernov Sergeyİvanovun yaxın dostu idi və sovet dövründən bəri kəşfiyyatdairələrində çalışmışdı. London və Finlandiyada illərlə “örtükaltında” fəaliyyət göstərmişdi. Kreml üçün əsl “XKK damı” rolunuoynadı: idarə postsovet məkanında gizli əməliyyatların əlverişliörtüyünə çevrildi. Çernov isə publika qarşısında “Qərb rəngliinqilablar yayır” deyə hayqırır, ABŞ və NATO-nu təhdid kimigöstərirdi. Amma arxa planda Avropanın dəbdəbəli kurortlarındadincəlir, hətta nəvəsini ABŞ-da oxumağa göndərirdi. Onun rəhbərliyidövründə idarə həm ən aktiv, həm də ən çox qalmaqallı illəriniyaşadı - 2021-ə qədər.

Milyonlarla dollar seçkilərə və “balalaykadiplomatiyası”

İdarənin əsas missiyalarından biri qonşu ölkələrin daxilisiyasətinə strateji təsir göstərmək idi. Bu məqsədlə xüsusiplanlaşdırma departamenti fəaliyyət göstərirdi ki, onun başında dakeçmiş KQB-FSB əməkdaşı, polkovnik istefada Valeri Maksimovdayanırdı. Maksimov faktiki olaraq Moskvanın yaxın xaricdəkiseçkilərə müdaxiləsini koordinasiya edirdi. Onun komandası “doğru”namizədləri və partiyaları seçir, onlar üçün kampaniyalar qurur,resurs və siyasi texnoloqlarla təmin edirdi. Həm də loyallığı iləseçilən ekspertlər və təbliğatçılar vasitəsilə ictimai rəyinformalaşdırılması da Maksimovun nəzarətində idi.

Bu sistemin diqqət çəkən fiqurlarından biri televiziya aparıcısıvə siyasi şərhçi Sergey Mixeev idi. Bu gün o, Vladimir Solovyovunefirlərində sərt prokreml mövqeləri ilə çıxış edir. Amma televiziyaməşhurluğundan əvvəl Mixeev Mərkəzi Asiya, Qafqaz və Baltikölkələri üzrə analitik arayışlar hazırlayırdı. Sızan sənədlərdənməlum olur ki, o, rəhbərliyə şikayətlənirdi: xidmətlərinə görə puluköhnə və cırıq dollar əsginazları ilə alır, bunları da valyutamübadilə məntəqələri qəbul etmirdi. “Cırıq dollar qalmaqalı” böyükbüdcələri xərcləyən, amma içində xaos və xəsislik hökm sürənsistemin mahiyyətini aydın göstərirdi.

Mixeev Kremlin göstərişi ilə dəfələrlə seçki dövrlərindəpostsovet ölkələrinə ezam olunurdu. O, məhz Moskvanın işarə etdiyinamizədlərin seçki qərargahlarını təşkil edir, kampaniyalarınstrateji məsləhətçilərindən biri kimi çıxış edirdi. Amma çox vaxtbu namizədlərin xalq arasında populyarlığı yox idi. Ən tipik nümunə2020-ci ildə Gürcüstandakı parlament seçkiləri oldu. General Çernovvə polkovnik Maksimov həmin vaxt MDB üzrə kurator Dmitri Kozakıinandırmışdılar ki, “Gürcüstan Vətənpərvərlər Alyansı”na (APG)arxalanmaq lazımdır. Bu kiçik, radikal müxalifət partiyası kəskinQərb əleyhdarı ritorika ilə çıxış edir, NATO və ABŞ-la əlaqələrinqırılmasını tələb edir, Moskva ilə yaxınlaşmanı müdafiə edirdi.Kreml liderləri İrma Inaşvili və David Tarxan-Mouravini Moskvadasəmimi qəbul edir, Dövlət Dumasına dəvət edir, “təsirli siyasiqüvvə” kimi təqdim edirdi. Sonradan üzə çıxdı ki, bu layihəyə bağlıRusiya fondlarından 10 milyon dollardan çox vəsait ayrılıb. SergeyMixeev, kölgədə qalaraq, faktiki olaraq kampaniyanı Moskvadan idarəedirdi. Amma gürcü seçiciləri “prorus pafos”u qəbul etmədi: APGcəmi 3 faiz səs topladı və parlamentə keçə bilmədi. Beləcəmilyonlar havaya sovruldu - daha doğrusu, kimlərinsə cibində əriyibgetdi. Qeyri-rəsmi söhbətlərdə Moskvada çoxları soruşurdu: bumilyonların nə qədərini Maksimov və Mixeev özləri mənimsəyib?

Regionda Kremlin digər gizli layihələri də eyni dərəcədə uğursuzidi. Baltik ölkələrində, məsələn, “müstəqil” jurnalistlər vəblogerlər şəbəkəsi yaradaraq prorus narrativləri yaymaqplanlaşdırılırdı. Bu istiqamətə polkovnik Yevgeni Umerenkovrəhbərlik edirdi - o da jurnalist örtüyü ilə fəaliyyət göstərənkəşfiyyatçı idi. ABŞ və Meksikada “müxbir” kimi akkreditasiyaolunmuş, əslində isə agentura işi ilə məşğul olmuşdu. Daha sonraBaltik regionuna yönəldi və Latviya, Litva, Estoniyada bir sırarusdilli KİV, bloqçu və ictimai xadimlərlə əlaqələr qurdu. MəqsədRusiyanın imicini yaxşılaşdırmaq və rusdilli əhali üzərində təsiryaratmaq idi. Amma nəticə yenə sıfırlandı. Umerenkov bu gün“Komsomolskaya pravda”nın şərhçisi kimi Putinin “müdrik siyasəti”nitərifləsə də, real təsir əks istiqamətdə getdi: Baltik dövlətlərison illərdə bir neçə “jurnalisti” casusluqda ifşa edib ölkədənqovdu, prorus təşkilatları bağladı, gənclik isə Rusiyameyilli KİV-əmarağını itirdi.

Başqa bir əsas istiqamət isə Moldova idi. Uzun illər Kremlin“yumşaq güc”ünün sınaq meydanı sayılırdı. Burada prorusəhval-ruhiyyə güclü idi, xüsusən rusdillilər və Dnestryanıda.Prezident Administrasiyasının idarəsi faktiki olaraq Moldovanınsiyasətini içəridən kurasiya edirdi. “Moldova şöbəsi”nin rəhbəriXKK polkovniki İqor Maslov idi. Balkanlarda kəşfiyyatçı kimiçalışmış Maslov burada siyasətçilərin, təhlükəsizlik rəsmilərinindetallı dosyelərini toplayır, Kremlə təqdim edilən “obyektivkalar”hazırlayırdı. Çernov arxivində - sonradan sızdırılan sənədlərdə -yüzlərlə belə dosye mövcuddur. Analitiklər Kişinyovda kiməgüvənmək, kimdən ehtiyatlanmaq lazım olduğunu qeyd edirdi. HəttaMoldovalı siyasətçilərin beynəlxalq tribunadakı çıxışlarının mətniəvvəlcədən Moskvaya göndərilir, Kreml lazım olan düzəlişləriedirdi. RISE Moldova-nın məlumatına görə, Çernov və Maslovunkomandası prezident İqor Dodonun çıxış tezislərini birbaşa yazırdı.Kişinyovun mərkəzində gizli ofis fəaliyyət göstərirdi, buradarusiyalı siyasi texnoloqlar Dodonun Sosialistlər Partiyasınakölgədən məsləhətlər verir, seçki kampaniyalarını hazırlayırdılar.Bu “kölgə qərargah”ı Dodonun ətrafı açıqca “Moskva kabineti”adlandırırdı. Rusiyalı məsləhətçilərin varlığı gizlədilir, adlarıheç vaxt hesabatlara salınmırdı. Amma 2020 seçkilərində Dodonunxidməti BlackBerry telefonu əlinə keçən jurnalistlər ifşaları üzəçıxardı. Telefonun kontaktlarında onlarca yüksək vəzifəli rusməmurunun, oliqarxların, güc strukturlarının nömrələri vardı. Ənçox təkrarlanan zəng isə polkovnik Maslova idi. Deməli, Moldovaprezidenti faktiki olaraq rus kəşfiyyatçısı ilə daimiməsləhətləşirdi. Bu ifşalar Dodonun nüfuzuna ağır zərbə vurdu və o,seçkilərdə Qərbpərəst rəqibinə uduzdu. Kremlin əsas dayaqlarındanbiri beləliklə sıradan çıxdı.

Moskva demək olar ki, hər bir qonşu dövlət üçün xüsusi kuratortəyin etmişdi. Məsələn, Azərbaycana hərbi kəşfiyyatın (keçmiş GRU)nümayəndəsi Valeri Çernışov cavabdeh idi. O, Bakıda nüfuzlu şəxslərhaqqında “obyektivkalar” alırdı - məmurlar, hərbçilər, ictimaifiqurlar barədə. Görünür, bu məlumatlar gələcəkdə şantaj və yaverbovka üçün nəzərdə tutulmuşdu. Ermənistan isə Dmitri Avanesovadlı başqa bir GRU zabiti tərəfindən kurasiya olunurdu. Sonradanbəlli oldu ki, Avanesovun hətta hökumət daxilində “kərtənkələsi”vardı - mənbə baş nazir Nikol Paşinyanın hərəkətləri və daxiliproseslər barədə detallı məlumat ötürürdü. Paşinyan hesabatlarda“Saqqal” kod adı ilə keçirdi. Maraqlısı odur ki, formal olaraqmüttəfiq sayılan, KTMT üzvü olan Ermənistanda belə, Kreml açıqdialoq əvəzinə casus üsullarına üstünlük verirdi.

“Yumşaq güc” kağız üzərində və gerçəklikdə

Gizli siyasi təsirdən savayı, ləğv edilən idarənin rəsmimandatına mədəniyyət, təhsil, gənclərlə iş və QHT layihələri dədaxil idi. Yəni Moskvanın imicini müsbət təqdim etmək, çoxdanışılan “yumşaq güc”ü formalaşdırmaq. Amma praktikada hər şeysaxta canfəşanlığa, büdcə talanına və vitrinçiliyə endi. İdarədaxilində mütəmadi olaraq MDB ölkələrindəki vəziyyət barədəanalitik arayışlar hazırlanırdı. Belə məxfi sənədlərdən biri -“Azərbaycan şöbəsi”nin Dmitri Kozaka ünvanladığı məruzə - vəziyyətiaçıq göstərirdi: Azərbaycanda prorus mövqeləri müdafiə edən ictimaitəşkilatlar demək olar ki, yox idi, halbuki Türkiyənin və digəroyunçuların təsiri artmaqda idi. Müəlliflər təcili olaraq Rusiyayabağlı QHT-lərin sayını artırmağı, mövcudlarını “diriltməyi” vəyenilərini yaratmağı tövsiyə edirdilər ki, onlar “Azərbaycancəmiyyətini içəridən örtsün”. Xüsusi diqqətin gənclərə, sərhədbölgələrinə, rus dili dəstəyinə, mədəni layihələrə və jurnalistforumlarına ayrılması vurğulanırdı. Hesabatda deyilirdi ki,tədbirlər tək-tük konfranslarla məhdudlaşmamalı, informasiyaməkanında daimi iştirak təmin olunmalıdır. Hətta qeyd olunurdu:əgər köhnə rəhbərlər effekt vermirsə, Rus icmaları təşkilatlarınınbaşçılarını dəyişib “daha enerjili” adamlarla əvəzləməklazımdır.

Görünür, bu tövsiyələr Moskva tərəfindən ciddi qəbul edildi:2019–2021-ci illərdə Bakı səfərləri artdı. Rusiya səfirliyi və“Rossotrudniçestvo”nun strukturları seminarlar, dəyirmi masalarkeçirdi, gənclər üçün jurnalistika məktəbləri açıldı. Moskvadanayrılan pulla Bakıda təmtəraqlı sərgilər, konsertlər təşkil olundu.Amma nəticə sıfır. İdarənin keçmiş əməkdaşlarından biri sonradanmətbuata acı etiraf etdi: “Hesablamalarıma görə, Azərbaycanladostluğa yüz milyon dollardan artıq pul basıldı, amma hamısı qaradəliyə getdi. Çox şey ancaq formal olaraq edilirdi, balalaykadiplomatiyası - təmtəraqlı ziyafətlər, boş söhbətlər. Və daimiçirdilər, içirdilər, içirdilər…” Onun sözlərinə görə, əslindəpulların böyük qismi təşkilatçıların cibinə gedir, ya da mənasıziçki məclislərinə xərclənirdi. Tədbirlərdə isə əsl ictimaiyyətnümayəndələri deyil, rus diplomatlarının qonşuları, tanışları,keçmiş soydaşları iştirak edirdi. Onları “ümumi tarix” və ya rusdili yox, pulsuz furşet maraqlandırırdı.

2022–2023-də, Ukrayna müharibəsi fonunda, Azərbaycan balanssiyasəti yürüdürdü - Rusiya ilə Türkiyə arasında tarazlıqqoruyurdu. Amma bir neçə insident son etimadı da dağıtdı. 2024sonunda Qazaxıstanın Aktau yaxınlığında AZAL-ın Bakı–Qroznı reysifaciə ilə nəticələndi: sərnişin təyyarəsi qəzaya uğradı. Hadisəninsəbəbləri müəmmalı qaldı, şayiələr yayıldı ki, təyyarə təsadüfənhərbi təlimlər zamanı vurulub. Rusiya hakimiyyəti isə şəffafaraşdırma əvəzinə susqunluq rejiminə keçdi, versiyalarda dolaşdı.Bu, Bakıda narazılıq doğurdu. 2025 iyununda isə dəhşətli qalmaqalpatladı: Yekaterinburqda xüsusi əməliyyat zamanı azərbaycanlıqardaşlar - Ziyəddin və Hüseyn Səfərovlar saxlanıldı, sonra isəikisi də istintaq təcridxanasında öldü. Rusiya hüquq-mühafizəorqanları həyasızcasına “ani ürək çatışmazlığı” dedi, amma yerlimənbələr onların cəsədlərində işgəncə izlərinin aşkarlandığınıbildirdi. Bakı bunu açıq biabırçılıq kimi qəbul etdi və sərtreaksiya göstərdi. 2025 fevralında Azərbaycan tərəfi “SputnikAzərbaycan” bürosunu bağladı. Kremlin təbliğat ruporu ölkədənqovuldu - lisenziya ləğv edildi, əməkdaşlar çıxarıldı. Rəsmiaçıqlamada “fəaliyyətin dayandırılması” bəyan edildi. Paralelolaraq Bakı yüksək səviyyəli əlaqələri minimuma endirdi: ikitərəfliforumlar ləğv olundu, azərbaycanlı nazirlər beynəlxalq tədbirlərdərus həmkarlarından demonstrativ şəkildə qaçırdılar. 2025-inəvvəlinə Azərbaycan–Rusiya münasibətləri 1990-cı illərdən bəri ənsoyuq nöqtəyə gəldi. Moskvanın illərlə milyonlarla xərclədiyi“simpatiya qazanmaq” siyasəti puç oldu.

Eyni siqnallar digər regionlardan da gəlirdi. Kremlə göndərilənməxfi arayışlarda açıq yazılırdı: pul və imtiyaz olmadan heç kim“Rusiya ilə dostluq” istəmir. Məsələn, “erməni şöbəsi” bir məruzədəetiraf edirdi ki, prorus ideyaları əsasən pensiya yaşına çatmışsiyasətçilər səsləndirir və bunlar gəncliyə maraqlı deyil. Yeninəsil təsir liderlərini cəlb etmək üçün maliyyə resursları lazımdır- təkcə ritorika ilə yol almaq mümkün deyil. Orta Asiya üzrəkurator Aleksey Vlasov isə Kişinyova ünvanladığı hesabatdaQırğızıstandakı tədbirlərin mənzərəsini təsvir edirdi: “Çox vaxtbizim seminar və görüşlərdə yalnız Bişkekdəki səfirlikəməkdaşlarının qonşuları, tanışları iştirak edir. Nə onlara, nə dəövladlarına Rusiyanın tarixi maraqlıdır - sadəcə pulsuz kofe vəqəlyanaltıya görə gəlirlər. Sonra isə Moskvaya guya ‘uğurluseminarlar’ barədə saxta foto-hesabatlar göndərilir. Halbuki pullarhavaya sovrulur. Enerjili, yaradıcı gəncləri cəlb etmək üçün maddimaraqlandırmaq lazımdır”.

Beləcə, təşkilatçılar özləri etiraf edirdilər: elementar“stimulsuz” Rusiyanın “yumşaq güc”ünü cazibədar etmək mümkün deyil.MDB və Cənubi Qafqaz gəncliyi Qərbə baxır, müasir texnologiyalara,təhsilə, inkişaf etmiş ölkələrin həyatına maraq göstərir. Rusiyanınidealizə olunmuş keçmişi isə, nə qədər təriflənməsindən asılıolmayaraq, artıq heç kəsi ruhlandırmır.

Təsir agentləri və fiasko ilə bitənverbovka

Mədəni əlaqələr idarəsinin arsenalında təkcə qrantlar vəforumlar yox, daha konspirativ üsullar da vardı. Söhbət təsiragentlərindən - qonşu ölkələrin elitalarında və mediada loyallığısatın alınacaq adamlardan gedirdi. İllər boyu idarənin əməkdaşlarıdiqqətlə jurnalistləri, bloqerləri, ekspertləri izləyir, siyahılarasalırdılar. The Insider-in araşdırmasına düşən sənədlərdən birində136 nəfərlik media nümayəndəsinin adları qeyd olunmuşdu. Hərbirinin qarşısında qeydlər: “maraqlıdır”, “bizimdir”, “əməkdaşlığacəlb et”, “özünü ağılsızlığa vurub”, “tərəf dəyişdi”, “ancaq pulamaraqlanır”, “dəliqanlı, aksiyada dava sala bilər” və sair. Yəniqonşu ölkələrin informasiya məkanına sırf ÇK üslubunda yanaşma:jurnalistlər potensial agent kimi görülürdü. Onları Moskvaya“seminar” və ya “press-tur” adı ilə dəvət edir, söhbətə çəkir,sınayırdılar. Kimlərsə, görünür, razılaşır, onların adının yanında“bizimdir” yazılırdı, bəzilərinə isə “etibarsız” damğasıvurulurdu.

Ən gülməli epizodlardan biri jurnalist Anna Şnayderin “verbovka”hekayəsi idi. Siyahıda o, “Moskva-24” kanalının müxbiri kimigöstərilmiş, yanında da qeyd olunmuşdu: “İşləmək. AparıcıPivovarovdan boşanıb”. Söhbət tanınmış rusiyalı jurnalist AlekseyPivovarovun həyat yoldaşından gedirdi. Amma məlum oldu ki, AnnaŞnayder heç vaxt boşanmayıb və üstəlik, 2014-dən sonra ümumiyyətlə“Rossiya-24” kanalında işləməyib. Deməli, ya verbovkaçılarbilərəkdən hesabatlarda yalan yazır, ayrılmış pulları“haqqlandırırdılar”, ya da sadəcə başqa Anna Şnayderlə - Baltikadafəaliyyət göstərən adaşı ilə qarışdırmışdılar. Pivovarovlar isə buiddiaları eşidəndə təəccüblərini gizlətməyib dedilər ki, heç bir“şübhəli təklif” almayıblar. Bu hadisə idarədəki xaosu vəpeşəkarlıq səviyyəsini tam açıb göstərdi: təsirli jurnalisti“arvadı üzərindən” ələ almaq planı belə olsa, icraçılar obyektləriqarışdırıb saxta məlumat verirdilər.

MDB ölkələrindən bəzi jurnalistlər doğrudan da Moskvaya və yaSoçiyə dəvət aldıqlarını etiraf ediblər. Forumdan sonra onlara“daha sıx əməkdaşlıq” təklif olunub. Kimisi nəzakətlə imtina edib,kimisi panikaya düşüb - “ardımca xüsusi xidmətlər düşüb” qorxusunaqapılıb. Başqa biriləri isə açıq deyib: “Mən bu mövzunu danışmaqistəmirəm” və əlaqəni kəsib. Nəticədə geniş agentura şəbəkəsiformalaşmadı. Ancaq ayrı-ayrı istisnalar vardı - SSRİ-yə nostaljiilə baxan yaşlı jurnalistlər Moskvaya simpatiya göstərirdi, ammaonların geniş auditoriyası yox idi. Gənc və populyar bloqerlər isəyalnız qonorar marağı güdür, ideologiyaya soyuq və kinayəliyanaşırdılar. Kreml faktiki olaraq “məhəbbəti pulla almağa”çalışırdı, amma səxavətli hədiyyələr, səfərlər və gündəliklər beləloyallığı təmin etmirdi - kimisi resursları alıb, elə həmin vaxtdada Rusiyanı tənqid edir, ya da daha çox pul tələb edirdi.

Sızmalar və köhnə qvardiyanın sonu

2021-in əvvəlində idarənin öz başı dərddə qaldı: böyük həcmdəməxfi sənədlər sızdırıldı. Əsasən yazışmalar və MDB ölkələri üzrəhazırlanan analitik materiallar idi. Bu “Çernov arxivi” adlananpaket sonradan Mixail Xodorkovskinin “Dosye” mərkəzinə və müstəqilKİV-lərə (RISE Moldova, The Insider və digərlərinə) keçdi.Sızmalarla bütün gizli sxemlər üzə çıxdı: Dodonla protokollar,müxtəlif ölkələr üzrə məruzələr, təsir agentlərinin siyahıları.Kreml məcbur reaksiya verdi. 2021 fevralında idarəyə doqquz ilrəhbərlik etmiş general Vladimir Çernov təqaüd bəhanəsi iləvəzifədən uzaqlaşdırıldı. Həqiqi səbəb isə məxfilik rejiminindağılması və işin ümumi effektsizliyi idi.

Yerinə, gözlənilmədən, elə Moldovanı kurasiya edib biabırçıməğlubiyyət yaşayan polkovnik İqor Maslov gətirildi. Ən mühümistiqaməti “batırmış” şəxsin yüksəlişi hətta köhnə kəşfiyyatveteranlarını belə çaşdırdı. XKK-nın təcrübəli əməkdaşlarından birimətbuata dedi: “Maslov Moldovanı məhv elədi, amma onu bütünidarənin başına qoydular! Son üç ildə nə edib? İrəvanda Rus kitabevi açıb, bir-iki dəfə Cənubi Osetiyaya və Qırğızıstana uçub - ordada rutin görüşlər keçirib. Sonra isə bunu pafoslu fotoqalereya kimiyayıb. Belə adamın necə kəşfiyyata düşdüyü ağlasığmazdır…”

Həqiqətən də, yeni rəhbərlik dövründə ciddi dönüş olmadı. İdarəartıq anaxronizmə çevrilmişdi: dünya dəyişmiş, Avropada böyükmüharibə başlamışdı, amma köhnə üsullar - gizli şəbəkələr,pərdəarxası dotasiyalar, “ümumi tarix” ritorikası - işləmir, ilişibqalırdı.

Buna baxmayaraq, 2022-yə qədər Kreml xəttinin əsas kuratoruprezident administrasiyası rəhbərinin müavini Dmitri Kozak idi. O,təcrübəli menecer sayılırdı, amma yeni reallıqda onun çevikliyi dəkifayət etmədi. Fevral 2022-də Ukraynaya qarşı genişmiqyaslıhücumdan sonra Kozakın təsir imkanları tükəndi. Eşidilirdi ki, o,kompromis variantlar təklif etmiş, bu isə “şahinlərin” qəzəbinəsəbəb olmuşdu. Necə olursa-olsun, 2023-ə gəldikdə artıq Kreml nəinformasiya məkanına, nə də qonşu ölkələrlə əməkdaşlığa realnəzarət edə bilirdi. Bəziləri açıq uzaqlaşdı, bəziləri gözləməmövqeyi tutdu.

Son nöqtə isə 2025 avqust islahatı oldu. Putin bir fərmanlabirdən-birə iki idarəni - xarici ölkələrlə mədəni və regionlararasıəlaqələr idarəsini və paralel sərhədyanı əməkdaşlıq idarəsini ləğvetdi. Onların yerində Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsiyaradıldı. Artıq bu quruma nə Kozak, nə də köhnə kadrlar rəhbərlikedəcək. Yeni strukturun kurasiyası administrasiya rəhbərininbirinci müavini Sergey Kiriyenkoya tapşırılıb. Anton Vayno isə üçay ərzində ştat və struktur təsdiqləməlidir. İnsayder məlumatlarınagörə, yeni idarəyə “yanmış” fiqurlar - nə Maslov, nə Maksimov, nədə qalmaqallarda adı keçən başqa kəşfiyyatçılar daxil edilməyəcək.Kurs gənc kadrlara, “yeni nəsil” xüsusi xidmətçilərinə və Kremləbağlı texnoloqlara yönəldilir. Yəni hədəf sıfırdan başlamaq,illərlə yığılan fiaskoların kölgəsini silməkdir.

Yeni tərəfdaşlıq, yoxsa dalana gedən yol?

Amma böyük sual budur: sadəcə idarənin adını dəyişmək və birneçə şəxsi kənarlaşdırmaq həqiqətən nəyisə dəyişəcəkmi? Ukraynayaqarşı müharibə başlayandan sonra regionun bütün mənzərəsi alt-üstoldu. Bu gün MDB ölkələrinin çoxu açıq-aşkar Moskvadan uzaqdayanmağa çalışır. Onlar Kremlə artıq sabitlik yox, təhlükə mənbəyikimi baxır. Hətta KTMT-dəki formal müttəfiqlər - məsələn,Qazaxıstan və ya Ermənistan - getdikcə daha sərt şəkildənarazılıqlarını ifadə edir, daha müstəqil xətt yürüdürlər.Avrointeqrasiyanı seçmiş Moldovanı, Gürcüstanı demirik, yaxudTürkiyəyə yönəlmiş Azərbaycanı, Çin və Türkiyə ilə əməkdaşlığıdərinləşdirən Orta Asiya respublikalarını.

Ən açıq göstərici hərbi xərclərdədir. Qazaxıstan, Özbəkistan,hətta neytral Türkmənistan son iki ildə müdafiə büdcələrini sürətləartırıblar. Məsələn, təkcə Qazaxıstan 2022-ci ildə hərbi xərcləri50 faizədək qaldırdı, 2023-də isə əlavə 10–12 faiz artım oldu.Səbəb sadədir: hamı gördü ki, Rusiya “qardaş” saydığı ölkəyə də güctətbiq edə bilir, deməli, növbə sabah kiməsə gələ bilər. Özü dəsilahları artıq Moskvadan yox, alternativ mənbələrdən alırlar:Türkiyədən Bayraktar və Anka PUA-ları, Çindən artilleriya və rabitətexnikası, Qərb şirkətləri ilə yeni müqavilələr. Yəni regionda yenitəhlükəsizlik formatı qurulur və Moskva “yeganə qarant” statusunuitirir. Paralel olaraq KTMT çərçivəsində ənənəvi hərbi təmaslar dazəifləyir: Özbəkistan hələ əvvəldən kənarda qalmışdı, Türkmənistanhər zaman neytral olub, Qazaxıstan və Qırğızıstan isə 2023-də birsıra KTMT təlimlərini ərazilərində keçirmədi ki, müharibədən bezmişəhalini qıcıqlandırmasınlar.

Siyasi meydanda da mənzərə eynidir. Rusiya diplomatiyasıçəkisini itirib. Nə EİİT, nə də MDB ölkələrindən heç biri -Belarusdan başqa - Ukraynanın işğalını tanımadı. Hətta ən asılırejimlər də bu addımı atmadı. BMT və digər beynəlxalqplatformalarda ya neytral mövqe sərgiləyirlər, ya da Moskvanınhərəkətlərini açıq tənqid edən qətnamələri dəstəkləyirlər. Rəsmiritorika da dəyişib: Orta Asiya və Qafqaz liderləri“çoxvektorluluq”, “suverenlik”, “ərazi bütövlüyü” sözlərinivurğulayır. Başqa sözlə, Moskvanın bu gün dediyinin tam əksini.

Bunun üzərinə iqtisadi faktorlar gəlir. Sanksiyalara görə Rusiyailə əməkdaşlıq riskli olub. Qonşular çalışırlar ki, həm Moskvadanqazanc götürsünlər, həm də ABŞ və Aİ-nin “qırmızı xətlərini”aşmasınlar. Qazaxıstanın, Ermənistanın, Gürcüstanın maliyyə sistemirus pullarından dolub-daşır, amma hökumətlər paralel olaraq Qərbinxəbərdarlıqlarına diqqətlə əməl edirlər. Bu isə yeni strategiyanıdiktə edir: Rusiya ilə siyasi-müharibə müttəfiqliyi yox, ancaqticarətdən fayda.

Bu reallıqda yeni Strateji tərəfdaşlıq və əməkdaşlıq idarəsi nətəklif edə bilər? Hələ aydın deyil. Adı gurultulu səslənir -“strateji tərəfdaşlıq” bərabərhüquqlu əməkdaşlıq anlamına gəlir.Ola bilər, Kreml indi iqtisadi layihələrə, ortaq investisiyalara,infrastruktur proqramlarına yönəlmək istəyir. Yəni siyasi vəideoloji ritorikanı kənara qoyub daha praktik, qarşılıqlı faydalısahələrə keçmək. Təsadüfi deyil ki, bu yeni idarə sərhədyanıəməkdaşlıq strukturu ilə birləşdirilib. Həmin qurum əvvəllər dahaçox ticarət, nəqliyyat, humanitar əlaqələrlə məşğul olurdu. Deməli,Moskva tərəfdaşlara “reallıqda qazanc” göstərmək niyyətindədir -investisiya, güzəşt, yardım - boş “rus dünyası” ritorikasındançox.

Yeni qurumun başına Sergey Kiriyenko gətirilib - böhranidarəçiliyində və ideoloji layihələrdə təcrübəsi böyükdür. 1990-cıillərdə baş nazir olmuşdu, sonrakı illərdə isə Kremldə seçkilərə,gənclər hərəkatlarına, ideoloji platformalara nəzarət edirdi.“Tavrida” forumu, “Qələbə könüllüləri”, “Rusiya - imkanlar ölkəsi”layihələrinin arxasında o dayanmışdı. Yəqin ki, Kreml indi onuqonşu ölkələrin gənc nəslinə Rusiyanı “satmaq” üçün ən uyğun fiqursayır - təhsil proqramları, texnologiya layihələri, startapqrantları, təqaüd və forumlarla. Artıq “Rossotrudniçestvo” və “Rusdünyası” fondu aktivləşib, Orta Asiya məktəblilərini vətələbələrini dil kursları, pulsuz səfərlər, təhsil kvotaları iləcəlb etməyə çalışır.

Amma əsas problem - etimadın itməsidir. Müharibə gedə-gedə, rustankı və raketləri Ukraynanın dağılmış şəhərləri ilə assosiasiyaolunarkən, heç bir mədəni festival bu qorxunu aradan qaldırabilməz. Qazaxıstan ekspertləri açıq deyirlər: “Ukraynada nə başverdiyini gördük, deməli, biz məsafə saxlamalıyıq, yoxsa sabahnövbə bizə çata bilər”. Moldovada da 2022-dən sonra Rusiyayabağlılığa nifrət artdı, əksəriyyət Avropa İttifaqına can atır,prorus partiyalar isə kənara sıxışdırılır. Ermənistan kimi ənənəvimüttəfiqdə belə xəyal qırıqlığı böyüyür - KTMT Qarabağmünaqişəsində passiv qalanda Paşinyan üzünü ABŞ-a, Aİ-yə çevirdi.Formal ittifaq davam etsə də, faktiki olaraq kurs dəyişib.

Bütün perimetr boyu - Minskdən Düşənbəyə qədər - hökumətlərdiversifikasiya axtarışındadır. 2023 oktyabrında ilk dəfə OrtaAsiyanın beş prezidenti ABŞ lideri ilə ayrıca sammit keçirərəkiqtisadi və təhlükəsizlik məsələlərini müzakirə etdilər -Rusiyasız. Çin isə “Çin + Orta Asiya” sammitində on milyardlarlainvestisiya və iri infrastruktur inteqrasiyası vəd etdi.

Köhnə üslubun iflası və “yumşaq gücün” sonu

Bu reallıqda Moskvanın köhnə işlək üsulu - kulis arxasından yönvermək, əlaltıları irəli çəkmək, təbliğat maşınına bel bağlamaq -artıq işləmir. Yeni ideyalar, Rusiyanın cazibədar siması lazımdır.Amma bu imici formalaşdırmaq, hər gün repressiyalar, senzura vəhərbi aqressiya xəbərləri gələndə, mümkünsüzə çevrilir. “Yumşaqgüc” təkcə pulla layihələr maliyyələşdirmək deyil, həm də mənəviavtoritet deməkdir. Ölkə özü nümunə olmalıdır. Təəssüf ki, bu günqonşular üçün Rusiya bir mayak yox, daha çox qorxulu fiquraçevrilib.

Prezident Administrasiyasının səs-küylü idarəsinin ləğvigecikmiş addımdır, amma bəlkə də zəruri idi. Çoxlu neqativ həminstrukturla bağlanmışdı: casusluq, müdaxilə, korrupsiya, yalançılayihələr. Yeni idarənin yaradılması siyasəti yenidən düşünmək üçünşans verir. Amma Kreml doğrudanmı cazibədar tərəfdaşlıq modelitəklif edə biləcək? İndiki rəsmi ritorika buna heç oxşamır.Rusiyalı rəsmilər hələ də “birlik”, “xüsusi münasibətlər” deyir,Qərbə baxan qonşuları “nankorluqda” qınayırlar. Bu isə yalnız qıcıqdoğurur.

İtirilmiş mövqeləri qaytarmaq üçün Moskva tamamilə başqa yanaşmaseçməli olardı: hədələrdən və ultimatum dilindən əl çəkmək,qonşuların real suverenliyinə hörmət etmək, inkişaflarına gizligündəmsiz sərmayə qoymaq. Hazırkı rejim buna hazırdırmı? Böyüksualdır. Daha inandırıcı ssenari - sadəcə adların dəyişməsi, vitrinislahatlar, amma mahiyyətin əvvəlki kimi qalmasıdır. Yeni “Stratejitərəfdaşlıq” idarəsi yəqin ki, fiaskolardan sonra özünü az reklamedəcək, daha ehtiyatlı işləyəcək. Amma əsas xətt - neoimperiyatəsirini bərpa etmək - dəyişməzsə, nəticələr də əvvəlkindən fərqliolmayacaq.

Əvəzində nə var?

Reallıq budur ki, Rusiyanın keçmiş respublikaları üzərindəki“yumşaq güc” strategiyası tükənib. O, imitasiya səhnəsinə çevrilib- dostluq forumları, boş konfranslar, “potyomkin kəndləri” üçünayrılmış pulların sovrulmasına. Söhbət ciddi sınaqlardan - müharibəkimi imtahanlardan - gedəndə isə ortaya çıxdı ki, Moskvanın səmimimüttəfiqləri qalmayıb.

Ukraynada, Gürcüstanda, Baltikada yeni nəsil Avropa ilə gələcəyigörür. Orta Asiya Çinin və başqa oyunçuların verdiyi iqtisadiinkişaf imkanlarına üstünlük verir. Bəli, tarixi və insani bağlarqalır, milyonlarla ailə sərhədlərin o tay-bu tayında qohumluqəlaqələri saxlayır. Rus dilini də hələ də on milyonlarla insanbilir. Amma bunların heç biri ölkələri öz maraqlarından keçib böyükqonşu ilə “dostluğa” qurban verməyə məcbur etmir.

Köhnə idarənin bağlanması əslində bütöv bir dövrün simvoliksonudur. O dövrün ki, Moskvada inanırdılar: qonşulara kulisdəndirijorluq etmək olar, agentləri maliyyələşdirmək, rəqiblərisıradan çıxarmaq bəs edər. İndi isə yeni reallıq başlayır. Hörmətinə milyon, nə milyardla almaq mümkün deyil. Kreml nəticəçıxaracaqmı? Bu suala veriləcək cavab Rusiyanın post-sovet dünyasıilə gələcək münasibətlərini müəyyən edəcək.

Məqalədə:
Избранный
11
2
az.trend.az

3Источники