RU

Ağ Ev açıqladı: Trampdan kritik görüş...

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Ağ Ev administrasiyası məlumat yayıb.

Bildirilib ki, tərəflər arasında görüş planlaşdırıldığı kimi, şam yeməyi ətrafında baş tutub.

Görüşü digər təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, İsrailin Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı keçirdiyi hücum beynəlxalq miqyasda böyük rezonans doğurub. Qətər rəsmiləri bu zərbəni "xəyanət" kimi qiymətləndiriblər. Belə ki, ABŞ və İsrail əvvəllər Qətərə HƏMAS liderlərinin onun ərazisində vurulmayacağına dair birbaşa təminat vermişdi. ABŞ tərəfi Qətəri əməliyyatdan yalnız 10 dəqiqə əvvəl xəbərdar edib, bu isə Dohada ciddi narazılıq doğurub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
2
axar.az

6Источники