RU

Bakı və Ankaraya qarşı ŞOK plan – üç ölkə…

Ermənilərin gözü yenə orda-burda

Ermənistanın “Fakt” qəzeti yazıb ki, Hindistan və İran münasibətləri yaxşılaşdırmaq üçün Tehranda xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparıblar. Məlumata görə, danışıqlarda Çabahar limanının fəaliyyətinin təşviqi, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Bu mövzuya toxunan “Respublika Meydanı” teleqram kanalı isə yazıb ki, Hindistan-İran-Ermənistan dəhlizi Şimal-Cənubu birləşdirəcək və bu, Ermənistanın Rusiya ilə Gürcüstan və İran arasında birləşdirici halqaya çevrilməsinə imkan verəcək. Rusiya malları tranzitlə İran və Fars körfəzinə, Hindistan və İran malları isə Ermənistan üzərindən dəhliz kimi Gürcüstanın Qara dəniz limanlarına (Poti, Batumi) və Rusiyaya (Larsov) ixrac ediləcək.

Erməni media resursları yazır ki, Ermənistan strateji müttəfiq və Aİİ üzvü olan Rusiyadan, İrandan, Ermənistanın dostu və Türkiyə-Azərbaycan tandeminə qarşı çıxan bir ölkə kimi, eləcə də Azərbaycanın müttəfiqi Pakistanın rəqibi olan iqtisadi fövqəldövlət kimi Hindistandan birbaşa sərmayələr cəlb etməlidir.

Nəşr yazır ki, Ermənistan bundan sonra da Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında olacaq və ona tab gətirmək üçün müttəfiqlərin köməyi ilə güclü orduya və sabit iqtisadiyyata malik olmalı, regional əhəmiyyətli logistika, enerji və nəqliyyat layihələrinin bir hissəsi olmalı, qonşu İran və Gürcüstanla yeni proqramlar həyata keçirməli, Aİİ üçün bir körpü olmalıdır.

Göründüyü kimi, İrəvan Bakı və Ankaraya qarşı yeni logistik planlar qurmağı nəzərdən keçirir. Təbii, bu, erməni mediasının yazdıqlarıdır, lakin ortada belə bir niyyət və marşrutlar mövcuddur.

Ermənistanda nə üçün Azərbaycan və Türkiyə ilə ortaq layihələrə qarşı çıxırlar? 

Yusif

 Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda Azərbaycan və Türkiyə ilə nəinki ortaq layihələrə, hətta münasibətlərin normallaşmasına belə ehtiyatla yanaşan, bunu təhlükə olaraq görən insanlar var: “Bu da təbiidir, çünki uzun bir dövr ərzində türk düşmənçiliyi erməni ictimai şüurunda mühüm yer tutub. Ayrı-ayrı erməni liderlərinin və xüsusilə də kilsənin bu istiqamətdə təbliğatı ictimai şüurda möhkəmlənib.

Ağlı başında olan, prossesləri təhlil etməyi bacaran, Azərbaycan və Türkiyə ilə əlaqələrin, münasibətlərin normallaşmasının Ermənistan üçün ancaq xeyir verəcəyini dərk edənlər təbii olaraq tez bir zamanda münasibətlərin normallaşmasını istəyirlər. Yəni, Ermənistanda Türkiyə ilə sərhədlərin açılmasını, ticari münasibətlərin qurulmasını, Azərbaycanla birgə regional layihələrdə iştirakı istəyənlər də var. Ancaq Paşinyan hakimiyyətinə müxalif olan qüvvələr Türk düşmənçiliyi ideologiyasının insanların beyinlərində qalmasından istifadə edərək Ermənistanın bundan sonra Türkiyə-Azərbaycan tandeminin təzyiqi altında olacağı ilə bağlı təbliğat aparır və bununla da Paşinyanı Ermənistanın maraqlarını satan şəxs kimi təqdim etməyə çalışırlar. Halbuki güclü və sabit iqtisadiyyata malik olmağın da, regional əhəmiyyətli logistika, enerji və nəqliyyat layihələrinin bir hissəsi olmağın da yolu məhz elə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından keçir”.

Politoloq dedi ki, yeni lojistik planlar haqqında düşünməkdənsə, tez bir zamanda Zəngəzur dəhlizi istiqamətində götürülmüş öhdəliklərə uyğun olaraq fəaliyyətə start verməklə Ermənistanın tranzit ölkəyə çevrilməsini təmin etmək olar: “Uzun bir dövr ərzində müttəfiq dedikləri İranla dəmir yol əlaqəsi belə yarada bilməyən, öz ərazisindəki dəmir yollarını Rusiyanın nəzarətinə verən bir ölkənin başqa planlar qurması və bu haqda düşünməsi absurddur. Odur ki, Ermənistanın çıxış yolu məhz elə Azərbaycan və Türkiyə ilə əlaqələrin bərpasından keçir. Bunu ermənilər nə qədər tez başa düşsələr onlar üçün də elə bütün region üçün də bir o qədər xeyirli olar”.

“Yeni Müsavat”

Избранный
63
1
editor.az

10Источники