RU

Əhmədlidə saxta “Qocalar evi” – Təcili tibbi yardım xəstələri bu evə YERLƏŞDİRİR – VİDEO

Xətai rayonu, “Kənd Əhmədli” adlanan ərazidə yaşayan sakinlərin şikayətinə görə orada “Qocalar evi” kimi fəaliyyət göstərən müəssisə fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, sakinlər Baku TV-yə bununla bağlı müraciət ediblər. Onlar həmin müəssisədə ruhi xəstələrin olduğunu iddia edirlər.

“İçəridə antisanitar vəziyyət hökm sürür. Onları qanunsuz fəaliyyət göstərdiklərinə görə daha əvvəl işlədikləri yerdən də qovublar. Təcili tibbi yardım maşınlarını bir küçə aşağıda saxlayıb xəstələri əlil arabası ilə içəri aparırlar”, – narazı sakinlərdən biri söyləyib.
 

Məsələ ilə bağlı Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, adı bilinməyən bu müəssisə hansısa şəxsi evdə yerləşir. Mərkəz yalnız qeyri-yaşayış təsərrüfat obyektlərində xidməti yoxlamalar keçirmək səlahiyyətindədir: “Şəxsi evdə plandankənar yoxlama keçirilə bilməz. Fakt əsasında hüquq-mühafizə orqanlarına müraciət edilir, onlar tərəfindən müəssisə yoxlanılır və tibbi fəaliyyət aşkar edildikdə rəsmiləşdirilərək aidiyyəti üzrə Səhiyyə Nazirliyinə göndərilir. Bu zaman Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə əsasən, həmin müəssisənin sahibinin, orada çalışan əməkdaşların sənədlərini yoxlaya, tibbi xidmət göstərməyə səlahiyyətlərinin olub-olmadığını aşkar edə bilər. Fakt öz təsdiqini taparsa, qanunvericiliyə uyğun addımlar atıla bilər”.


Daxili İşlər Nazirliyindən isə qeyd edilib ki, polis əməkdaşları vətəndaşları narahat edən problemi aradan qaldırıblar. Məsul şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



Bizim.Media

Избранный
7
4
bizim.media

5Источники