Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks nəzarət tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin ölkə ərazisinə qanunsuz keçirilməsinin qarşısı alınıb.
Bu barədə Aznews.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.
Belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı olan qadın sərnişin gömrük nəzarəti zonasında şəxsi yoxlamaya cəlb olunub və onun üzərindən ümumi xalis çəkisi 153,551 qram olan narkotik vasitə - kokain aşkar edilib. Aparılmış təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri zamanı qeyd olunan narkotik vasitəni ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə keçirən qadın və ölkə ərazisində həmin cinayətin törədilməsində iştirakçılıqda şübhəli bilinən iki şəxs saxlanılıb.