Bu gün qadınlar arasında 3x3 basketbol üzrə Dünya Seriyasının final mərhələsinə start verilir.
İdman.biz xəbər verir ki, Azərbaycan millisi tarixində ilk dəfə həlledici mərhələdə iştirak edəcək.
Şanxayda keçiriləcək turnirin B qrupunda komandamız Kanada, Niderland U-25 yığması və Rumıniyanın “Rapid” klubu ilə qarşılaşacaq.
Qadın Dünya Seriyası
Final mərhələsi
13 sentyabr
11:25. Kanada – Azərbaycan
13:25. Azərbaycan – Niderland U-25
16:55. “Rapid” (Rumıniya) – Azərbaycan
Qeyd edək ki, qrup qalibləri yarımfinala yüksələcək, 2-3-cü yerləri tutan komandalar isə 1/4 finalda mübarizəni davam etdirəcək. Final mərhələsi sabah başa çatacaq.
İdman.biz