Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı reytinq siyahısına əsasən, Azərbaycan klublarının Avropa təmsilçiləri arasındakı mövqeyi bəlli olub. Dünya reytinqində 96-cı pillədə qərarlaşan “Qarabağ” (154,75 xal) “köhnə qitə”də 64-cü sıradadır.
79,25 xalı olan “Sabah” (dünyada 302-ci) Avropada 175-ci, “Araz-Naxçıvan” (70,25 xalla 355-ci) 206-cı, “Zirə” (68 xalla 380-ci) isə 224-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, 506 klubun yer aldığı siyahıya Fransa təmsilçisi PSJ (543 xal) başçılıq edir.
Qabil YUSİFOĞLU
XQ