RU

FHN-in 20 illiyinə həsr olunan çempionata yekun vurulub

10-12 sentyabr tarixlərində Qəbələ rayonunun meşə zolağında FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş Nazirliyin qurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib.

Publika.az xəbər verir ki, çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 14 komandadan 50-yə yaxın əməkdaş öz qüvvəsini sınayaraq əzmkar mübarizə aparıblar.

Yarışın son günündə komanda və şəxsi (kişilər və qadınlar) hesab üzrə qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə dövlət himni səsləndirilib. Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Nazirliyin müxtəlif idman növləri üzrə əməkdaşlarının respublika və beynəlxalq turnirlərdə qazandığı nailiyyətlərdən bəhs edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Yarışda komanda hesabında 1-ci yeri Mülki müdafiə qoşunları (MMQ), 2-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti (KHGNSXDX), 3-cü yeri isə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin (TTNDA) komandası tutub.

Избранный
19
10
publika.az

10Источники