RU

FHN-in 20 illiyinə həsr olunan səmti müəyyənetmə üzrə çempionata yekun vurulub

Bakı. Trend:

10-12 sentyabr 2025-ci il tarixlərində Qəbələ rayonunun meşəzolağında FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş Nazirliyinqurumları arasında səmti müəyyənetmə üzrə çempionat keçirilib.

http://Trend xəbərverir ki, çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 14komandadan 50-yə yaxın əməkdaş öz qüvvəsini sınayaraq əzmkarmübarizə aparıblar.

Yarışın son günündə komanda və şəxsi (kişilər və qadınlar) hesabüzrə qaliblər müəyyən olunub.

Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himnisəsləndirilib.

Qalib idmançıları təbrik edən FHN-in İdman-sağlamlıq klubununrəisi polkovnik Füzuli Musayev Nazirliyin müxtəlif idman növləriüzrə əməkdaşlarının respublika və beynəlxalq turnirlərdə qazandığınailiyyətlərdən bəhs edib, onlara gələcək yarışlarda uğurlararzulayıb.

Yarışda komanda hesabında 1-ci yeri Mülki müdafiə qoşunları(MMQ), 2-ci yeri Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda XilasetməDövlət Xidməti (KHGNSXDX), 3-cü yeri isə Tikintidə TəhlükəsizliyəNəzarət Dövlət Agentliyinin (TTNDA) komandası tutub.

Bundan əlavə, qadınlar arasında şəxsi yarışlarda 1-ci yerəTTNDA-nın əməkdaşı Sevda Verdiyeva, 2-ci yerə MMQ-nin əməkdaşıFəridə Hüseynzadə layiq görülüb.

Kişilərin yarışında 1-ci yeri Dövlət Yanğından MühafizəXidmətinin əməkdaşı Rufulla Fətullayev, 2-ci yeri FHNAkademiyasının əməkdaşı Özcan Kərimov, 3-cü yeri isə Bakı RegionalMərkəzinin əməkdaşı Azad Heydərov tutub.

Qaliblərə kubok, diplom və medallar təqdim olunub.

Həmçinin, çempionatın keçirilməsində fəaliyyətlərinə görə FHN-inMülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin komandiripolkovnik Amil Alıcanov, Nazirliyin Tibb xidmətinin əməkdaşları vəAzərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasınınhakimlər komitəsi fəxri fərmanlarla təltif olunublar.

Məqalədə:
Избранный
36
11
az.trend.az

10Источники