RU

Qızılağac Milli Parkının ərazisində yanğın məhdudlaşdırılıb

XQ Fövqəladə Hallar Nazirliyinin (FHN)  məlumatına istinadən xəbər verir ki,  Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istqamətində tədbirlər davam etdirilir.

N.Adilqızı
XQ

Избранный
13
45
xalqqazeti.az

10Источники