525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Benfika” Portuqaliya çempionatında 4-cü tur oyuna çıxıb.
525.az xəbər verir ki, komanda evdə “Santa Klara” ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
“Benfika”nın yeganə qolunu 59-cu dəqiqədə Vangelis Pavlidis vurub. "Santa Klara"nın heyətində Vinisius Lopes fərqlənib (90+3).
Hazırda “Benfika” 4 turdan sonra 10 xalla 2-ci sıradadır.
Qeyd edək ki, "Benfika" növbəti oyununu sentyabrın 16-da öz meydanında “Qarabağ”a qarşı keçirəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.