RU

Günay Əfəndiyeva: “Türkoloji Qurultaya və onun ayrı ayrı mövzularına həsr olunmuş xüsusi dinləmələr təşkil edə bilərik”

Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Ötən dövr ərzində kitabxana və muzeylərin işindən inklüziv təhsilə qədər bir sıra müxtəlifqanun layihələri nəzərdən keçirilmiş, onlara düzəlişlər olunmuşdur. Həmçinin, tarixi-mədəni irs abidələrinin qorunması, mühafizəsi, passportlaşdırılması ilə bağlı böyük bir dinləməkeçirilmişdir.

Düşünürəm ki, bunları gələcək sessiyada da davam etdirmək lazımdır. Biz komitənin səmərəli fəaliyyətini təşkil edərək, dövlətimizin daha da inkişafına, beynəlxalq siyasətinin, mədəni diplomatiyasının gücləndirilməsinə töhfə verə bilərik.

Növbəti sessiya ərzində mütəmadi olaraq, muzey və kitabxana işçilərini bir araya toplayaraq görüşlər keçirə bilərik. Eyni zamanda digər yaradıcı müəssisələrin rəhbər və nümayəndələri ilə görüşərək onların problemlərini dinləyə və bu məsələlərin həlli istiqamətində iş apara bilərik”.

Bu sözləri Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, millət vəkili Günay Əfəndiyeva komitənin 2025-ci ilin payız sessiyasının ilk iclasındakı çıxışı zamanı deyib.

Deputat Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin prioritetlərinə diqqəti çəkərək, Türk Dünyası ilə əlaqələrin gücləndirilməsindənbəhs edib: “Bilirsiniz ki, bu il Azərbaycan və Özbəkistanın diplomatik əlaqələrininqurulmasının 30 iliyi qeyd olunur. Bu çərçivədə müxtəlif tədbirlər keçirilmiş və keçiriləcəkdir.

Eyni zamanda cari ilin 22 avqust tarixində Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının yüksəksəviyyəli görüş keçirildi.Görüş çərçivəsində mühüm qərarlardan biri Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlıq münasibətlərinin qurulması oldu.

İyul ayında Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfəri zamanı imzalanan sənədlərlə Sumqayıt şəhəri Daşkənd vilayəti, Qəbələ isə Nəvai şəhəri ilə qardaşlaşdı. Hesab edirəm ki, bununla bağlı həmin şəhərlərdə aktivmədəni fəaliyyətlər həyata keçirə bilərik. Xüsusilə də ölkələrimizin millət vəkillərinin iştirakı ilə müxtəlif layihələr təşkil etməklə xalqlarımız arasındakı körpüləri daha da möhkəmləndirə bilərik”.

Günay Əfəndiyeva gələn il Türk Dünyası üçün əlamətdar bir yubileyə –Birinci Türkoloji Qurultayın 100 illiyinin tamamlanmasına diqqət çəkərək, vurğulayıb: “Bu Qurultay XX əsrdə Türk xalqlarının mədəni həyatında ən nəhəng hadisələrdən biri kimi tarixə yazılmışdır. Qurultay həm əhatə etdiyi məsələlərin zənginliyi, həm də qəbul edilən qərarların əhəmiyyəti baxımından çox önəmli bir platforma idi. Əlbəttəki, bununla bağlı tədbirlər dövlət səviyyəsində həyata keçiriləcək.

Düşünürəm ki, Mədəniyyət komitəsi olaraq,Türkoloji Qurultaya və onun ayrı-ayrı mövzularına həsr olunmuş xüsusi dinləmələr təşkil edə bilərik. Biz digər ölkələrin nümayəndələrini dəvət edərək, həmçinin, beynəlxalq təşkilatların dəstəyi ilə bu tədbirləri daha geniş miqyasda reallaşdıra bilərik”.

Deputat dini-mədəni abidələrin qorunmasınınəhəmiyyətinə diqqət çəkərək qeyd edib: “Bu yaxınlarda təmsil etdiyim Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən qədim Cümə Məscidini ziyarət etdim. Tarixi orta əsrlərə gedib çıxan bu ibadətgah 2016-cı ildə hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə əsaslı şəkildə inşa edilərək istifadəyə verilmişdir. Hazırda məscidin fondunda bir çox tarixi əşyalar da yer alır. Üzərindən müəyyən vaxt keçdiyi üçün burada qismən təmir işlərinin aparılmasına ehtiyacyaranıb. Hesab edirəm ki, bu kimi dini ocaqlaribadət məkanı olmaqla yanaşı, həm də tarixi-mənəvi irsimizi əks etdirməlidir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
11
2
icma.az

3Источники