RU

İstanbulda "SOCAR Türkiyə" və TANAP layihəsinin İdarə heyətlərinin iclasları keçirilib

İstanbul şəhərində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti olan "SOCAR Türkiyə"nin İdarə Heyətinin iclası, eləcə də Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin İdarə Heyətinin toplantısı keçirilib. Toplantılarda cari ilin fəaliyyətinə dair ətraflı təhlillər aparılıb, qarşıdakı dövr üçün prioritet istiqamətlər və strateji hədəflər müəyyənləşdirilib.

İclas zamanı "SOCAR Türkiyə"nin 2025-ci il üzrə ümumi fəaliyyət göstəriciləri, həyata keçirilən mühüm layihələr və strateji məqsədlərə çatmaq üçün görülən işlər geniş şəkildə müzakirə olunub. Şirkətin investisiya proqramları və növbəti dövr üçün planlaşdırılan iqtisadi təşəbbüslər də diqqət mərkəzində olub.

Görüşdə həmçinin qlobal və regional enerji bazarlarında baş verən proseslərin şirkətin fəaliyyətinə mümkün təsirləri dəyərləndirilib. "SOCAR Türkiyə"nin dayanıqlı inkişaf proqramları, innovativ yanaşmaları və enerji sektorundakı möhkəm mövqeyini qoruyub saxlamaq və daha da gücləndirmək istiqamətindəki qətiyyətli mövqeyi bir daha vurğulanıb.

TANAP layihəsinin İdarə Heyətinin toplantısında isə layihənin indiyə qədərki icra vəziyyəti, texniki və əməliyyat baxımından əldə olunan nəticələr nəzərdən keçirilib. TANAP-ın Türkiyə və Avropanın enerji təchizatı təhlükəsizliyinə verdiyi mühüm töhfələr, layihənin strateji əhəmiyyəti və gələcək mərhələlər üzrə prioritet fəaliyyət istiqamətləri toplantının əsas müzakirə mövzularından olub.

SOCAR və tərəfdaşları tərəfindən həyata keçirilən TANAP layihəsi Azərbaycanın beynəlxalq enerji əməkdaşlığında mühüm rol oynayır və Avropa bazarına sabit qaz nəqli baxımından xüsusi əhəmiyyət daşıyır.

Orxan Vahidoğlu, "İki sahil"

Избранный
19
50
ikisahil.az

10Источники