RU

Azyaşlının sükan arxasına keçməsi faciə ilə nəticələndi – BDYPİ-dən xəbərdarlıq (FOTO)

Bakı. Trend:

Ötən gün Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsinəticəsində azyaşlının idarə etdiyi avtomobilin aşması vəhəmyaşıdının həlak olması hadisəsi dərin təəssüf doğurur. Bu faciəbir daha göstərir ki, yetkinlik yaşına çatmamış şəxslərin sükanarxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətiribçıxarır.

Trend xəbərverir ki, bu barədə məlumat Baş Dövlət Yol Polisi İdarəsininvətəndaşlara xəbərdarlığında öz əksini tapıb.

BDYPİ bir daha vurğulayır ki, nəqliyyat vasitəsini yalnızqanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququnamalik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatıüçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət dədoğurur.

“Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklərməsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailəüzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarəetməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqlayanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Beləhalların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçündeyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçünfaciəvi ola bilər.

Unutmayaq ki, övladlara qarşı ən böyük qayğı onların həyat vəsağlamlığını qorumaqdır. Onları sükan arxasına keçməsinə şəraityaratmaqla yalnız öz övladınızı deyil, bütövlükdə hərəkətiştirakçılarınl təhlükə qarşısında qoymuş olursunuz”, - deyəməlumatda qeyd edilib.

BDYPİ bir daha bütün hərəkət iştirakçılarını məsuliyyətlidavranmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyəçağırır.

Azyaşlının
Azyaşlının
Azyaşlının
Azyaşlının
Избранный
20
21
az.trend.az

10Источники