RU

Yol polisindən XƏBƏRDARLIQ - Yetkinlik yaşına çatmamış şəxslər sükan arxasına keçməsin

Yetkinlik yaşına çatmamış şəxslərin sükan arxasına keçməsi yolverilməzdir və ağır nəticələrə gətirib çıxarır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq yayıb.

Bildirilib ki, ötən gün Ağdam rayonunda azyaşlının idarə etdiyi avtomobilin aşması və həmyaşıdının həlak olması ilə nəticələnən qəza baş verib:

"Nəqliyyat vasitəsini yalnız qanunla müəyyən olunmuş yaş həddinə çatmış və sürücülük hüququna malik şəxslər idarə edə bilər. Bu qaydanın pozulması insan həyatı üçün ciddi təhlükə olmaqla yanaşı, qanuni məsuliyyət də doğurur.

Təəssüf ki, bəzi hallarda valideynlər və böyüklər məsuliyyətsizlik nümayiş etdirərək, azyaşlı övladlarının və ya ailə üzvlərindən birinin sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinə şərait yaradırlar. Bu isə qanunla tam qadağan olunmaqla yanaşı, son dərəcə təhlükəli və məsuliyyətsiz bir addımdır. Belə halların nəticəsi yalnız sükan arxasında əyləşmiş azyaşlı üçün deyil, həm də digər sürücülər, sərnişinlər və piyadalar üçün faciəvi ola bilər".

Bizim.Media

Избранный
3
35
bizim.media

10Источники