Məhkəmə araşdırmalarının keçirildiyi Yuta ştatının qanunlarına görə, Tayler Robinsonu ömürlük həbs və ya edam cəzası gözləyir.
Xatırladaq ki, Çarli Kirkə qarşı sui-qəsd sağçı fəal sentyabrın 10-da Yuta vadisindəki universitetdə çıxış edərkən törədilib. Boynundan güllə yarası alan Kirk ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
![]() |
Çarli Kirkin qatili necə gizlənib?| VİDEO |
Sentyabrın 12-də isə Kirkin qatilinin Yuta ştatının 22 yaşlı sakini Tayler Robinson olduğu aydınlaşıb.
“CNN” telekanalının məlumatına görə, həbs olunan şəxs qətl törətdiyini öz atasına deyib. O isə, öz növbəsində, hadisə barədə hakimiyyət orqanlarını məlumatlandırılıb və oğlunu tutulana qədər saxlayıb.
İddialara görə, şübhəli bilinən Tayler Robinson31 yaşlı Kirkin olduğu çadırdan təxminən 180 metr aralıdakı yüksəklikdən cəmi bir atəş açıb.
Sahil İsgəndərov
AzVision.az