RU

Ərdoğanın baş müşaviri Hamdi Kılıç vəfat edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Hamdi Kılıç vəfat edib.

BAKU.WS bu barədə "Haber Global"a istinadən xəbər verir.

O uzun sürən xəstəlikdən sonra Ankarada dünyasını dəyişib.

Hamdi Kılıçın nəşi Ahmet Hamdi Akseki məscidində qılınacaq cənazə namazından sonra Gölbaşı qəbiristanlığında torpağa tapşırılacaq.

O evli idi və üç övladı var idi.

Qeyd edək ki, Hamdi Kılıç həm də prezidentin çıxışlarının müəllifi kimi tanınıb. Baş nazirin müşaviri vəzifəsində çalışmış Kılıçın daha əvvəl Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı və keçmiş baş nazir Mesut Yılmaz üçün də çıxış mətnləri yazdığı məlumdur.

Избранный
25
1
far.az

2Источники