RU

Bəzi rayonlara leysan yağır

Azərbaycanda sentyabrın 13-ü saat 11:00-a olan məlumata əsasən, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə leysan xarakterli və intensivdir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 49, Astarada 26, Yevlaxda 22, Qaxda 18, Şabranda 17, Şəkidə 14, Lənkəranda 13, İsmayıllıda 9, Qusarda 8, Mingəçevirdə 7, Qubada 6, Tovuz, Oğuz, Qrız, Xaltan, Altıağac, Şamaxı, Qəbələ, Lerik, Şahdağ, Ceyrançöl, Tərtər, Bərdə, Yardımlı, Göyçay, Şəmkir, Kürdəmir, Qobustan, Gəncə, Balakən, Göygöl, Zərdab, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Bakıda və Abşeron yarımadasında 5 mm-dək qeydə alınıb.

Yağan intensiv və güclü yağışlar nəticəsində Balakən rayonu ərazisindən keçən Balakənçay və Zaqatala rayonu ərazisindən keçən Talaçaydan sel keçir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24, dağlıq rayonlarda 17, Aran rayonlarında və Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.

Избранный
42
16
axar.az

10Источники