RU

Polşa XİN başçısı: Rusiyanın hansı yalanına inanmalıyıq?

Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə bağlı açıqlamalarına münasibət bildirib.

Teleqraf xəbər verir ki, bu barədə diplomat "X" hesabında paylaşım edib.

"Rusiya hökuməti bildirir ki, PUA-lar Polşa hava məkanını səhvən pozub, lakin Moskvanın BMT-dəki səfiri (Vasili Nebenzya) deyir ki, PUA-ların Polşaya çatması fiziki baxımdan mümkün deyil. Rusiyanın hansı yalanına inanmalıyıq?"- paylaşımda deyilir.
Избранный
30
2
sherg.az

3Источники