RU

Növbə Sorosa da çatdı

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, Amerika lideri Ağ Ev administrasiyasının maliyyəçi bə onun ailəsi barədə təhqiqata başlaya biləcəyini deyib.

“Etirazçılar işlərinə görə Soros və digər insanlar tərəfindən maaş alırlar. Biz Sorosla bağlı araşdırma aparacağıq, çünki inanıram ki, bu, ona və digər insanlara qarşı RICO (mütəşəkkil cinayətkarlıqla mübarizə üçün nəzərdə tutulmuş 1970-ci il ABŞ federal qanunu) işidir. Çünki bunlar sadəcə etirazlardan daha çox şeydir. Bunlar əsl təlatümlərdir”, - Donald Tramp “Fox & Friends” proqramının efirində söyləyib.

Qeyd edək ki, Tramp bu həftə Vaşinqtonda cinayətkarlıqla mübarizədəki uğurunu sərgiləmək üçün biznesi ilə əlaqəli olmayan bir restorana baş çəkib. Lakin fotosessiya Trampı “müasir dövrümüzün Hitleri” adlandıran etirazçılar tərəfindən kəsilib.

ABŞ prezidenti vurğulayıb ki,radikal solçular problemdirlər, onlar şərdirlər, dəhşətlidirlər və siyasi cəhətdən fərasətlidirlər.

Trampın bəyanatı, ABŞ prezidentinin tanınmış mühafizəkar fəal və onun silahdaşı Çarli Kirkin öldürülməsindən sonra siyasi rəqiblərinin fəaliyyətini araşdırmağı davam etmək niyyətində olduğunu dediyi vaxtl üst-üstə düşür.

Sahil İsgəndərov
AzVision.az
Избранный
3
azvision.az

1Источники