RU

Qızılağac Milli Parkının ərazisindəki yanğın TAM SÖNDÜRÜLDÜ

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində baş vermiş yanğının daha geniş əraziyə yayılmasına imkan verilmədən tam söndürülüb.

Bu barədə Oxu.Az-a FHN-dən məlumat verilib.

Yanğın nəticəsində 10 hektar sahədə qamışlıq, quru ot, kol-kos və qismən ağaclar yanıb. Qızılağac Milli Parkının qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran şəhər və Masallı rayon Yanğından Mühafizə hissələrinin qüvvələri ilə yanaşı, Milli Parkın əməkdaşları da iştirak edib.

Qızılağac Milli Parkının Masallı rayonu, Qızılağac kəndinə yaxın ərazisində yanğın qeydə alınıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Havanın küləkli olması yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Избранный
16
21
editor.az

10Источники