RU

Azərbaycan boksçuları dünya çempionatının yarımfinalında məğlub olublar

Azərbaycan boksçuları Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində məğlub olub.

90deqiqe.Az-ın məlumatına görə, hər iki idmançı yarışı bürünc medalla başa vurublar. 

Cəfərov (75 kq) bu raundda özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığından boksçu bürünc mükafatla kifayətlənib.

Alfonso Dominqes (90 kq) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün təmsilçimiz 3-cü yeri tutub.

Избранный
11
4
90deqiqe.az

10Источники