Premyer Liqanın ilk 3 turunda 7 xal toplayan "Sumqayıt"ın futbolçularına ödədiyi məbləğ məlum olub.
İdman.biz Sportinfo.az-a istinadən xəbər verir ki, yeni mövsümə uğurlu başlayan "kimyaçılar" 5000 manatdan artıq gəlir əldə edib.
"Gənclik şəhəri" təmsilçisi çempionatın ilk həftəsində "Kəpəz"i 3:0 üstələyib. Ardınca Suraxanıda "Qarabağ"a qalib gəliblər - 1:0.
Üçüncü turda isə "Şamaxı" ilə doğma məkanda 1:1-ə razılaşıblar.
Klub rəhbərliyi bu oyunlar içərisində ən çox ödənişi "Qarabağ" üzərində qələbəyə görə eləyib - 2500 manat.
"Kəpəz"i məğlubiyyətə uğratmağın müqabilində 2000 manat "ənam" verilib. Qalan məbləğ isə "Şamaxı" ilə görüşün payına düşür.
İdman.biz