RU

Mahir Emrelinin anası avtomobil cəriməsinə etiraz etdi

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin anası Elnurə Emreli şəxsi “Instagram” hesabında etdiy paylaşımı ilə diqqət çəkib.

"Cebheinfo.az" xəbər verir ki, o, avtomobilinin qarajda olduğu halda ona cərimə yazıldığını bildirib.

Elnurə gələn mesajı yayımlayaraq "Maşın bu gün qarajdan çıxmayıb, bu necə olur? Bilən var" sözlərini qeyd edib.

Mesajda dayanma və durma qaydaarını pozduğu üçün E.Emrelinin 20 manat cərimələndiyi yazılıb.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlardan açıqlama verilməyib.

Qeyd edək ki, Mahir Əmrəli hazırda Almaniyanın "1. FC Kaiserslautern" klubunda və Azərbaycan milli futbol komandasında hücumçu mövqeyində çıxış edir.

O, “Bakı” Futbol Klubunun yetirməsidir. 2015–2021-ci illərdə “Qarabağ”ın heyətində oynayan futbolçu 5 dəfə Azərbaycan Premyer Liqasının, 2 dəfə isə Azərbaycan Kubokunun qalibi olub.

Избранный
32
cebheinfo.az

1Источники