RU

Paris turnirində qalmaqal: Ukraynalı gimnastlar rusiyalı idmançıya görə yarışdan kənar qaldı

BAKI, 13 sentyabr. TELEQRAF

Ukraynalı gimnastlar FIG World Challenge Cup turnirinin iştirak siyahısına daxil edilməyiblər.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın Gimnastika Federasiyasının saytında məlumat verilib.

Əvvəlcə iştirakçılar arasında 7 ukraynalı idmançı qeyd olunsa da, yekun start siyahıda heç birinin adı qeyd olunmayıb.

Daha əvvəl Ukraynanın Gimnastika Federasiyasının prezidenti İrina Deryuqina rusiyalı Angelina Melnikovanın turnirdə iştirakına icazə verildiyi üçün FIG-i boykotla hədələmişdi.

Qeyd edək ki, turnir 13 və 14 sentyabr tarixlərində Parisdə keçiriləcək.

Избранный
19
teleqraf.com

1Источники