RU

Yeni "iPhone"un satışı qadağan edildi - Bu ölkədə

"Apple" yeni "iPhone Air" modelinin Çində satışını eSIM texnologiyası ilə bağlı tənzimləmə problemlərinə görə təxirə salıb.

Milli.Az xəbər verir ki, şirkət bildirib ki, Çindəki mobil operatorlar eSIM ilə cihaz satmaq üçün əvvəlcə hökumətdən xüsusi lisenziya almalıdırlar. Hazırda bu icazələr verilmədiyi üçün cihazın satışa çıxarılması gecikdirilib.

"Apple"in rəhbəri Tim Cook CNBC-yə açıqlamasında deyib ki, "iPhone Air" yalnız eSIM dəstəkləyir və bu dizayn cihazın daha nazik olmasına, həmçinin uzunmüddətli batareya ömrü təmin etməsinə imkan verib:

"Biz batareya üçün daha çox yer yarada bildik və bu da cihazın istifadə müddətini xeyli artırır", - deyə Cook vurğulayıb..

Çində "iPhone Air" üçün "China Mobile", "China Telecom" və "China Unicom" operatorlarının eSIM dəstəyi təqdim edəcəyi, lakin dəqiq tarixlərin yalnız tənzimləyici qurumlardan icazə alındıqdan sonra açıqlanacağı bildirilib.

Milli.Az

Избранный
23
2
milli.az

3Источники