RU

“Benfika”nın baş məşqçisi: “Qarabağ”a qalib gəlməliyik”

“Evdə “Qarabağ”a qarşı keçirəcəyimiz Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda qalib gəlməliyik”.

Msport.az xəbər verir ki, bu barədə “Benfika”nın baş məşqçisi Brunu Laji açıqlama verib.

49 yaşlı mütəxəssis “Santa Klara” ilə heç-heçə etdikləri (1:1) Portuqaliya Liqasının V turunun matçından sonra fikirlərini bölüşüb: “Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm. Bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq”.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Избранный
33
3
msport.az

4Источники