RU

Daha bir rayonda 15 yaşlı qızın ərə verilməsinin qarşısı alındı

Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Quba Rayon Polis Şöbəsində qanunsuz əməlin təşkilində təqsiri olan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq tədbirləri davam etdirilir.


Избранный
71
1
news24.az

10Источники