RU

Dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonunda 2 nəfər polisə müraciət edərək ümumilikdə 14560 manatlarının dələduzluq yolu ilə ələ keçirilməsini bildiriblər. 

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nəsimi RPİ 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 39 yaşlı R.Allahverdizadə və 22 yaşlı P.Seyidmalıyev müəyyən olunaraq saxlanılıblar.

Analoji hadisə Sumqayıt şəhərində də baş verib. Bir nəfərin 3500 manatını dələduzluq yolu ilə ələ keçirən Quba rayon sakini 31 yaşlı A.Qədirov da polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 

Faktlarla bağlı araşdırma aparılır.

Избранный
3
12
operativmedia.az

10Источники