RU

"Liverpul” xərclərdən qorxmur"

“Liverpul”un baş məşqçisi Arne Slot klubun yay transfer pəncərəsindəki böyük xərclərinə münasibət bildirib.

90deqiqe.Az xəbər verir ki, tanınmış jurnalist Fabrizio Romano mütəxəssisin fikirlərini belə çatdırıb:

“Bu, bizim modelimizdir. Biz hədəf seçdiyimiz oyunçunu almaq istəyirik. Qiymət bizi qane edirsə, tərəddüd etmirik. Klub bu vəsaiti oyunçu satışları və liqadakı uğurlar hesabına əldə edib. Əvvəlki dövrdə heç bir xərcləməməyimiz də buna şərait yaratdı”

“Transfermarkt”ın məlumatına görə, “qırmızılar” bu yay komandaya gücləndirmələr üçün ümumilikdə 484,68 milyon avro sərf edib. Ən bahalı transfer isə “Nyukasl”dan alınan hücumçu Aleksandr İsak olub – onun keçidi 145 milyon avroya başa gəlib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının ilk üç turundan sonra “Liverpul” 9 xal toplayaraq turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Избранный
55
90deqiqe.az

1Источники