RU

Ankarada Qafqaz İslam Ordusu qəhrəmanlarının xatirəsi anılacaq

Ankara, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 18-də Ankara Ticarət Palatasının binasında Qafqaz İslam Ordusu əsgərlərinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Qafqaz İslam Ordusu və Ənvər Paşa” adlı tədbir ölkəmizin Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV), Türk Dünyası Parlamentariləri Fondunun (TDPV) dəstəyi ilə keçiriləcək.

Giresun Universitetinin beynəlxalq əlaqələr kafedrasının professoru Yalçın Sarıkaya və başqaları anım tədbiri iştirakçılarına Bakını erməni- daşnak quldurları və bolşeviklərdən azad edən Qafqaz İslam Ordusunun rolu barədə məlumat verəcəklər.

Tədbir çərçivəsində Qafqaz İslam Ordusuna həsr olunmuş fotosərgi təşkil olunacaq.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Избранный
43
4
azertag.az

5Источники