RU

Nuri Şahin İstanbul klubu ilə anlaşdı - RƏSMİ

Türkiyənin "Başakşehir" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Nuri Şahinlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı mütəxəssis üçün 15 sentyabr tarixində imza mərasimi təşkil olunacaq.

Qeyd edək ki, Nuri Şahinin son iş yeri Dortmund "Borussiya"sı olub. "Başakşehir" isə Çağdaş Atanla yollarını ayırıb.

saytlarin hazirlanmasi

Избранный
53
1
sportal.az

3Источники