RU

Klub direktoru ondan maaşını istəyən futbolçulara kabab qonaqlığı verdi

«Baku Sportinq»də maraqlı hadisə baş verib.

I Liqada mübarizə aparan klubun rəhbərliyi onlardan maaşlarını tələb edən futbolçularına qonaqlıq verməklə kifayətlənib.

Yeni mövsümlə əlaqədar Buzovna qəsəbə stadionunda toplantı keçirilib. İcraçı direktor Hüseyn Rzayev iclasda çıxış edərək, növəti sezondan gözləntilərini açıqlayıb.

O, baş məşqçi postuna təyin olunan Röyal Nəcəfovun uğurlu nəticələr qazanacağına inandığını bildirib.

Futbolçular isə rəhbər şəxsdən avqust ayının maaşlarının ödəməsini istəyib. İcraçı dlirektor isə gecikmənin səbəbi kimi AFFA-nı göstərib.

Bildirib ki, federasiya hələ klubun büdcəsinə aylıq dotasiyanı köçürməyib.

Daha sonra onun təklifi ilə stadiona kababçı gətirilib. Elə arenanın ərazisindəcə kollektivə kabab qonaqlığı verilib.

H.Rzayev çempionata 3 xalla başlamağın vacib olduğunu bildirib. O, «Difai» üzərində qələbəyə görə 50 manat deyil, iki dəfə artıq mükafat verəcəyini vəd edib.

SPORTİNFO.AZ

Избранный
32
sportinfo.az

1Источники