RU

Prezident finala çıxan komandaya zəng vurdu: “Gözlərinizdən öpürəm” - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “EuroBasket”in finalına yüksələn milliyə zəng edib.

Sportinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

“Həqiqətən çox sevindim. Başda Hidayət (red. Türkiyə Basketbol Milli Komandasının rəhbəri Hidayət Türkoğlu) olmaqla, bütün idmançı qardaşlarımın gözlərindən öpürəm. Təbrik edirəm”.

İdmançılar Ərdoğanı alqışlayaraq ona təşəkkürlərini bildiriblər.

Türkiyə Yunanıstan millisini 68-94 hesabı ilə məğlub edərək, 24 il sonra finala çıxıb. "Ay-ulduzlular" finalda Almaniya ilə mübarizə aparacaq. Qarşılaşma sabah axşam keçiriləcək.

Sözügedən videonu təqdim edirik:

Избранный
43
6
sportinfo.az

7Источники