Yaponiya 2025-ci ilin sonuna qədər Ukraynaya 246,5 milyon dollarlıq kredit verəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, 2025-ci ilin sonuna qədər Ukrayna dövlət büdcəsinə 229,7 milyon dollar cəlb ediləcək. Qalan 16,8 milyon dollar isə kredit öhdəliklərinin xidmət xərclərini azaltmaq məqsədilə faizlərin kapitallaşdırılmasına yönəldiləcək.