RU

Nizami rayonunda şəhid və qazi övladları üçün Bilik Günü münasibətilə tədbir keçirilib

Nizami Rayon Icra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün yeni tədris ilinin başlanmasıBilik Günü münasibətilə tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov tədbirdə yeni tədris ili münasibətilə şəhid və qazilərin məktəbli övladlarını, xüsusilə də məktəbə ilk dəfə qədəm qoyacaq birinciləri təbrik edib, onlara sağlam vətənpərvərlik ruhunda böyüməyi, biliklərə yiyələnməyi tövsiyə edib, təhsildə uğurlar arzulayıb, həmçinin dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə və onların övladlarına göstərilən diqqət və qayğıdan söhbət açıb.

Qeyd olunub ki, Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin və sağlamlığını itirmiş qazilərimizin ailələrinə, eləcə də onların övladlarına göstərilən yüksək diqqət və qayğı daim dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birini təşkil edir. Bu istiqamətdə həyata keçirilən sosial proqramlar, dəstək mexanizmləri və xüsusi layihələr onların rifahının təmin olunmasına, həyat şəraitinin yaxşılaşdırılmasına yönəlmişdir.

Şəhid ailələri və qazilər onların övladlarına göstərilən böyük diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci xanımı Mehriban  Əliyevaya dərin təşəkkürlərini bildiriblər.

Tədbirdə uşaqlar üçün musiqili-əyləncəli proqram təşkil olunub.

Tədbirin sonunda uşaqlara Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilib.

Избранный
56
1
veteninfo.az

10Источники