Türkiyə Superliqasının V turunda keçirilməsi planlaşdırılan "Fənərbağça" - "Trabzonspor" oyununun saatı dəyişdirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası qərar çıxarıb.
Qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi saat 21:00-da yox, 20:00-da start götürəcək.
Buna Türkiyənin basketbol millisinin Avropa çempionatındakı final matçının həmin vaxta təsadüf etməsi səbəb olub.
Qeyd edək ki, "ay-ulduzlular" sentyabrın 14-də, qitə çempionatının finalında Almaniya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.